Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
22.05.2019

İlyas Əfəndiyev adına Elitar Gimnaziyada Nəsiminin 650 illik yubileyi münasibətilə bağlı tədbir keçirilib

22 mayda İlyas Əfəndiyev adına Elitar Gimnaziyada Nəsiminin 650 illik yubileyi münasibətilə bağlı tədbir keçirilib. Tədbiri giriş sözün ilə açan Elitar Gimnaziyanın direktoru Sevda Quliyeva İmadəddin Nəsiminin Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustadlarından biri olduğunu qeyd edib. Vurğulayıb ki, 2019-cu ilin  İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar “Nəsimi ili” elan edilməsi şairə verilən dəyərin, hörmət və ehtiramın ən yüksək göstəricisidir. Eyni zamanda, bu Sərəncam Azərbaycan mədəniyyətinin, zəngin tarixi-mədəni irsinin təbliğinə çox böyük töhfədir.

Tədbirdə qonaq qismində çıxış edən AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçiləri Qüdsiyyə Qəmbərova “Azərbaycan ədəbi dilinin inkişafında Nəsimi mərhələsi” və Türkan Əskərova “Nəsimi və Azərbaycan dili” adlı məruzələrlə çıxış ediblər. Bildiriblər ki, Nəsimi Azərbaycan dilindən sistemli şəkildə, ardıcıllıqla, məhəbbətlə istifadə edib. Qəzəllərinə insanı tədqiqat obyekti olaraq seçən Nəsimi onu bütün gözəlliklərdən üstün tutaraq ilk dəfə ana dilində bədii nümunələr yaradıb. Nəsiminin dili onun özü haqqında güclü və aydın informasiya verir.
Tədbirdə Tətbiqi dilçilik şöbəsinin elmi işçisi Sevinc Səfərova da iştirak etmişdir.
Sonra gimnaziyanın şagirdləri Nəsiminin həyatından bəhs edən səhnəcik nümayiş etdirib, şairin qəzəllərini söyləyiblər.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.