Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
15.05.2019

“Azərbaycan dilinin tarixi sintaksisi” kitabı çapdan çıxıb

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun baş elmi işçisi, professor Qəzənfər Kazımovun “Azərbaycan dilinin tarixi sintaksisi” kitabı çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, əsərdə ədəbi dilimizin sintaktik quruluşunun “Kitabi-Dədə Qorqud”dan XVIII əsrin sonunadək inkişaf yolu öyrənilib. Nəşrdə “Dastani-Əhməd Hərami”, “Yusif və Züleyxa”, “Mehri və Vəfa” və digər klassik şairlərimizin əsərlərindən toplanmış zəngin material əsasında sintaktik əlaqələrin, ismi və feili birləşmələrin, sadə cümlənin, tabesiz və tabeli mürəkkəb cümlələrin inkişaf yolu barədə məlumat verilib. Bundan başqa, Azərbaycan dili sintaksisinin əsas quruluş modellərinin əksəriyyət etibarilə öz əsaslarını ümumxalq kök dilindən aldığı, yəni əsas sintaktik konstruksiyaların başlanğıcının qədim dövrlərlə bağlı olduğu faktlarla izah edilib.

Əsərdə söz birləşmələrinin bölgüsünə nəzər salınıb, sintaktik əlaqələrin, sadə və mürəkkəb cümlə strukturlarının səlisləşmə, təkmilləşmə istiqamətində inkişafı ilə bağlı yeni maraqlı faktlar üzə çıxarılıb.

Oxucu kitabla tanışlıq əsasında Azərbaycan xalqının və dilinin təşəkkül və inkişaf yollarına dair geniş məlumat almaqla yanaşı, Azərbaycan dilinin kökündə ən qədim aborigen türk tayfaları dillərinin durduğunun inkaredilməz olduğunu bir daha yəqin etmiş olacaq.

Kitabın elmi redaktoru akademik Möhsün Nağısoylu, rəyçiləri professorlar Sevil Mehdiyeva və İsmayıl Kazımovdur.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.