Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
14.05.2019

Nəsimi adına Dilçilik İnstitutu Türk dilləri şöbəsinin müdiri beynəlxalq mükafata layiq görülüb

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsinin müdiri, “Türkologiya” jurnalının məsul katibi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimovun elmi yaradıcılığı Almaniyada fəaliyyət göstərən Türklərin Dünyası İnstitutu tərəfindən yüksək qiymətləndirilib.

AZƏRTAC xəbər verir ki, gənc alimimiz türk dili, ədəbiyyatı və mədəniyyəti sahəsində akademik, elmi çalışmalarına, göstərdiyi xidmətlərə görə Türklərin Dünyası İnstitutunun nüfuzlu “Dil, ədəbiyyat və mədəniyyət sahəsində akademik nəşrlər və elm mükafatı”na layiq görülüb.

Qeyd edək ki, E.İbrahimov bu günə qədər türk dünyasında elmi-mədəni əlaqələrin inkişafında xidmətlərinə görə Türkiyənin Təhsil və Elm Təşkilatları Birliyi tərəfindən “Xoca Əhməd Yəsəvi” medalı, türkologiya sahəsində elmi fəaliyyətlərinə görə isə Kazan Federal Universiteti tərəfindən “Lev Tolstoy” mükafatı ilə təltif olunub.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.