Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
28.03.2019

Elm Gününə həsr olunan "Gənc qadınlar elmdə" müsabiqəsinin nəticələri açıqlanıb

Azərbaycan Milli Elmlər Akademiyasının gənc qadın alimləri üçün elan olunan "Gənc qadınlar elmdə" müsabiqəsinin nəticələri açıqlanıb. AMEA-nın prezidenti, akademik Akif Əlizadənin 5 fevral 2019-cu il tarixli Sərəncamına əsasən təşkil edilən müsabiqənin məqsədi akademiyada çalışan gənc qadınların elmin müxtəlif sahələrində apardıqları tədqiqatlarını, əldə etdikləri nailiyyətlərini, aktual və müasir elmi problemlərin Azərbaycan üçün prioritet olan istiqamətlərində elmi fəaliyyətini stimullaşdırmaq və onların elmin inkişafında rolunu daha da artırmaqdır.

Müsabiqədə iştirak üçün 69 gənc qadının namizədliyi irəli sürülüb. Beləliklə, "Gənc qadınlar elmdə" müsabiqəsinin nəticələrinə görə, I yerə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının böyük elmi işçisi, astronomiya üzrə fəlsəfə doktoru Həmayil Adıgözəlzadə və Fəlsəfə İnstitutunun elmlər doktoru hazırlığı üzrə əyani doktorantı, siyasi elmlər üzrə fəlsəfə doktoru Günel Məlikli, II yerə Riyaziyyat və Mexanika İnstitutunun laboratoriya müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru Səbinə Sadıqova, akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun böyük elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Sevinc Osmanova, Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Şəbnəm Həsənli-Qəribova, A.A.Bakıxanov adına Tarix İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Lamiyə Qafar-zadə, III yerə isə akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun böyük elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Səbinə Əhmədova, akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun böyük elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Samirə Ələkbərova, akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Ülkər Baxşiyeva, Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun böyük elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Əfruz Nəsirova layiq görülüblər.

Qeyd edək ki, qaliblərə I yer üçün 3000 manat, II yer üçün 2000 manat, III yer üçün isə 1500 manat məbləğində pul mükafatları və diplomlar təqdim olunacaq.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.