Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
15.03.2019

“Azərbaycan dilçiliyinin tarixi” dəyirmi masa

15 martda AMEA Nəsimi adına Dilçilik İnstitutunda Elm gününə həsr olunmuş “Azərbaycan dilçiliyinin tarixi” mövzusunda dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə açan Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu son illər ölkəmizdə elmin nüfuzunun yüksəldilməsi, cəmiyyətin inkişafında elmin əhəmiyyətinin artırılması və elmi fəaliyyətin stimullaşdırılması istiqamətində həyata keçirilən bir sıra dövlət əhəmiyyətli tədbirlər haqqında məlumat verib.Akademik ölkə Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında “Elm Günü” nün təsis edilməsi haqqında 09 aprel 2018-ci il tarixli Sərəncamının elmin inkişafı və təbliğinə göstərilən diqqətin bariz nümunəsi olduğunu vurğulayıb. Sonra bildirib ki, 1933-cü ildə Azərbaycan Dili Sektoru yaradılıb.


Tədbirdə professor İsmayıl Məmmədli “Akademik Məmmədağa Şirəliyevin həyat və yaradıcılığı”, filologiya üzrə fəlsəfə doktoru, dosentlər Sevinc Məmmədova “Dilçiliyimiz: dünən, bu gün və sabah”və Şəbnəm Həsəli Qəribova “Orta əsrlərdə elmi üslub”, və Türk dilləri şöbəsinin kiçik elmi işçisi Dilbər Camali “Azərbaycanda türkoloji dilçiliyin tarixi” mövzusunda məruzələrlə çıxış ediblər.



İctimaiyyətlə əlaqələr şöbəsi

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.