Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
25.02.2029

Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Fevralın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda  Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
Öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edilib.
İclası giriş sözü ilə açan Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu Ermənistan silahlı qüvvələrinin Xocalıda törətdiyi cinayətdən söz açıb. Bu faciəyə ilk dəfə hüquqi-siyasi qiymətin yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra verildiyi bildirib.
Akademik qeyd edib ki, Xocalı soyqırımının və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırlılması Prezident İlham Əliyevin xarici siyasətinin tərkib hissəsini təşkil edir.
M.Nağısoylu onu da əlavə edib ki, bu kütləvi qırğın zamanı 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynindən, 130 uşaq valideynlərinin birindən məhrum olub. Eyni zamanda, 487 nəfər soydaşımız ağır xəsarətlər alıb, 197 nəfər itkin düşüb, 1275 nəfər girov götürülüb, Xocalı şəhəri ağır hərbi texnikadan istifadə olunmaqla darmadağın edilib.
Sonra çıxış edənlər İ.Cəfərsoy, S.Sadıqova, A.Hüseynova, Q.Quliyeva, F.Mustafayev, Q.Cəfərov soyqırımını insanlığa qarşı törədilmiş ən ağır cinayət adlandırıblar.

İctimaiyyətlə əlaqələr şöbəsi

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.