Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
20.02.2019

AMEA-da Beynəlxalq Ana Dili Gününə həsr olunan konfrans keçirilib

Fevralın 20-də Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Beynəlxalq Ana Dili Gününə həsr olunmuş konfrans keçirilib.
Öncə Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu 21 fevral-Beynəlxalq Ana Dili Gününün tarixi barədə danışıb, bu əlamətdar günün dünyada geniş qeyd olunduğunu bildirib.
Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ulu öndər Heydər Əliyevin müstəsna tarixi xidmətlərini vurğulayan akademik M.Nağısoylu Prezident İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” müvafiq Sərəncamının əhəmiyyətini qeyd edib, ana dilimizin inkişafına, təbliğinə, tətbiqinə, beynəlxalq aləmdə nüfuzunun artmasına xüsusi önəm verildiyini diqqətə çatdırıb.


M.Nağısoylu Dilçilik İnstitutunda dilimizin inkişafı və təbliği istiqamətində həyata keçirilən tədbirlərdən də bəhs edib. Nəzərə çatdırıb ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər planı haqqında” 2018-ci il 1 noyabr tarixli Fərmanı ana dilimizin tətbiqi, təbliği və inkişafına böyük diqqət və qayğının daha bir bariz nümunəsidir.


Akademik Nizami Cəfərov, professor Buludxan Xəlilov ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ana dilimizlə bağlı imzaladıqları sənədlərin dilimizin inkişafında mühüm rolundan danışıblar. Qeyd edilib ki, dövlət dili dil siyasətinin əsas anlayışıdır. Ədəbi dilin dövlət dili səviyyəsinə yüksəldilməsi ölkəmizin apardığı dil siyasətinin real nəticəsidir.
Ana dilimizin inkişaf mərhələləri ilə bağlı fikirlərini bölüşən alimlər, dilimizin saflığının daim qorunmasının və təbliğinin vacibliyini vurğulayıblar.
Konfransda dosent Elşad Abışov “Azərbaycan dilinin inkişaf tarixinə bir baxış”, dosent Füzuli Mustafayev “Azərbaycan dilinin inkişafında kinonun rolu”, elmi işçi Rəxşanə Babazadə “Ana dilinin saflığının qorunması” adlı məruzələrlə çıxış ediblər.
Beynəlxalq Ana Dili Günü 1999-cu ildə UNESCO-nun baş konfransında elan olunub.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.