Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
11.02.2019

“Dilçilik araşdırmaları” jurnalında dərc olunacaq məqalələrin tərtibinə qoyulan tələblər

Məqalələr aşağıdakı ardıcıllıqla tərtİb olunmalıdır:

Məqalənin adı
Müəllifin adı, soyadı, elmi dərəcəsi, elmi adı
Çalışdığı (təhsil aldığı) müəssisə, təşkilat
Məqalənin mətni (Giriş, əsas mətn, nəticə)
Ədəbiyyat siyahısı (əlifba sırası ilə)
Məqalənin Azərbaycan, ingilis və rus dillərində xülasəsi
Açar sözlər (Azərbaycan, İngilis və Rus dillərində)

Məqalələr aşağıdakı elektron ünvana göndərilməlidir:
azelinguist@gmail.com

Jurnalın iyun ayında çap olunacaq sayı üçün məqalələrin göndərilmə vaxtı: 15 aprel 2019-cu il.

Xülasənin formatı: Xülasə 150-200 sözdən ibarət olmalıdır. Hər bir xülasədə məqalənin adı, müəllif(lər)i tam adı göstərilməlidir. Açar sözlərin sayı 3-6 sözdən ibarət olmalıdır, üç dildə (Azərbaycan, ingilis və rus dillərində) yazılan xülasələrin məzmunu eyni olmalıdır. Məqalədə müəllifin və ya müəlliflərin gəldiyi elmi nəticə, işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti və s. xülasədə yıgcam şəkildə öz əksini tapmalıdır. Xülasələr elmi və qramatik baxımdan ciddi redaktə olunmalıdır. Hər bir xülasədə məqalənin adı, müəllifin və ya müəlliflərin tam adı göstərilməlidir.

Məqalənin formatı: Məqalədə müəllifin və ya müəlliflərin gəldiyi elmi nəticə, işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti və s. öz əksini tapmalıdır. Məqalələrin mətni A4 formatında, 12 ölçülü “Times New Roman” şrifti ilə, 1,5 intervalda yığılmalı, 6-8 səhifə həcmində olmalıdır. Yuxarı və aşağıdan 2 sm., sağdan 1 sm., soldan isə 3 sm. məsafə buraxılmalıdır. Məqalələr həm elektron, həm də çap variantında təqdim olunmalıdır. Doktorant və dissertantlardan müvafiq şöbənin iclas protokolundan çıxarış və ya elmi rəhbərin rəyi tələb olunur.
Hər bir məqalədə UOT indekslər və ya PACS tipli kodlar və açar sözlər göstərilməlidir. Açar sözlər üç dildə (məqalənin və xülasələrin yazıldığı dillərdə) verilməlidir.
İstinadlar: Məqalənin mövzusu ilə bağlı son 5-10 ildə nəşr olunan mənbələrə istinad olunmalıdır. Məqalənin sonunda verilən ədəbiyyat siyahısı əlifba sırası əsasında tərtib olunmalıdır. Mətn içində istinad müəllifin soyadı, əsərin nəşr ili, səhifəsi ardıcıllığı ilə verilməlidir. Nümunə: [Axundov: 2003, s.39]. Müəllifi göstərilməyən kitablar verildikdə (kollektiv monoqrafiyalar və ya dərsliklər) kitabın adı ilə göstərilir. Nümunə: [Müasir Azərbaycan dili, III, 1981, s.149 ]. Birdən çox müəllifi olan nəşrlərdə mətn içində sadəcə ilk müəllifin soyadı və b. yazılır: [Sadıqova və b., 2018, s.149 ]
Ədəbiyat siyahısı aşağıdakı şəkildə tərtib olunmalıdır:
Kitab və jurnal adları kursivlə yazılmalı, məqalə, kitab bölümü kimi mənbələr dırnaq içində göstərilməlidir. Kitabların ümumi həcmi, məqalələrin, ensiklopediya bölmələrinin məqaləyə və ya bölməyə aid olan ümumi səhifələri verilməlidir:
Çoxcildli kitablar: Axundov A.A. (2003). Dil və ədəbiyyat (iki cilddə). I cild. Bakı, Gənclik, 658 səh.
Birdən çox müəllifi olan nəşrlər: Sadəcə ilk iki müəllifin soyadı və inisialları və b. yazılır: Veysəlli F.Y., Kazımov Q.Ş., (2014). Azərbaycan dilinin funksional qrammatikası: sintaqmatika, söz birləşməsi və sadə cümlə sintaksisi.
4 cilddə, III cild, Bakı, Prestij çap evi, 505 s.
Müəllifi göstərilməyən kitablar: (kollektiv monoqrafiyalar və ya dərsliklər) kitabın adı ilə göstərilir. Məsələn: Müasir Azərbaycan dili (1981), üç cilddə, III cild, (Z.Budaqovanın redaktəsi ilə), Bakı, Elm nəşriyyatı, 443 s.
Jurnal, məqalələr toplusu və konfrans materiallarındakı mənbənin biblioqrafik təsviri iki hissədən ibarət olur. Onlar bir-birindən bir çəpəki xətlə - «/» ayrılır ki, ondan əvvəl və sonra bir interval qoyulur: Nağısoylu M.Z. Heydər Əliyevin dövlət quruculuğu siyasətində ana dili məsələsi / Türkologiya №2, Bakı, 2018, s.11-21.
İnternet adreslərində: Qaynaqdan istifadə tarixi Mütləq göstərilməli və adreslər qaynaqlar arasında yer almalıdır: www.turkedebiyatiisimlersozlugu.com [istinad tarixi: 01.01.2019].

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.