Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
01.02.2019

Nəsimi adına Dilçilik İnstitutunda Gənclər Günü münasibətilə tədbir keçirilib

01 fevralda AMEA Nəsimi adına Dilçilik İnstitutunda Gənclər günü münasibətilə tədbir keçirilib. 
Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu tədbiri açaraq Azərbaycanda gənclər siyasətinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu xatırladıb.
M.Nağısoylu eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən gənclər siyasətindən danışıb. Bildirib ki, gənclərin inkişafı ilə bağlı imzalanan fərmanlar, sərəncamlar, qəbul edilən proqramlar, qanunlar Azərbaycan gəncliyinin inkişafı yolunda mühüm amilə çevrilib.

Akademik onu da əlaəvə edib ki, Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi, elmi , sosial-iqtisadi və digər sahələrində fəal iştirak edir.
Sonra çıxış edən Gənc Alim və Mütəxəssislər Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Allahverdiyeva dövlətin uğurlu siyasəti nəticəsində gənc alimlərimizin elmi-ictimai həyatın bütün sferalarında fəal iştirak etdiyini deyib. Gənclərin elmi-mədəni, siyasi, humanitar və digər tədbirlərin reallaşmasında mühüm rol oynadığını söyləyən A.Allahverdiyeva institutda bu istiqamətdə həyata keçirilən tədbirlər barədə iştirakçıları məlumatlandırıb.


Elmi işlər üzrə direktor müavini dosent Baba Məhərrəmli, Türk dilləri şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov çıxışlarında bildiriblər ki, gənclərin potensialının artırılması, onların inkişafı prosesində motivasiya çox önəmlidir. Gənclərimiz bilməlidirlər ki, onların elmi yaradıcılığı və fəaliyyətləri diqqətdən kənarda qalmır , yüksək qiymətləndirilir.
Sonda institutun ictimai və elmi həyatında səmərəli fəaliyyətinə görə bir qrup fəal gənc fəxri fərmanla təltif olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.