Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
30.01.2019

"Arxaik uş və dəxi'nin müasir dilimizdə təzahürü"

AMEA Nəsimi adına Dilçilik İnstitutunun "Qədim dillər və mədəniyyətlər" şöbəsinin elmi işçisi Rəxşanə Babazadənin "Arxaik uş və dəxi'nin müasir dilimizdə təzahürü" adlı kitabı çap olunmuşdur.
Dillərin qarşılıqlı təsiri, sözlərin dildən-dilə keçməsi, yaxud fərqli dillərdə ortaq sözlərin işlənməsi təbii hadisədir. Bəzən elə olur ki, hər hansı bir dildən başqa dilə keçmiş söz, keçdiyi dilin qanunlarına uyğunlaşdıqdan sonra yenidən əcnəbi söz kimi əvvəki dilə qayıdır. Bu zaman həmin sözün kökü artıq doğma dil üçün arxaikləşmiş, yaxud mənası artıq unudulmuş ola bilir. Dildə bu cür “alış-veriş”i xüsusən türk dilləri ilə rus dili arasında müşahidə edirik. Buradan yola çıxaraq, bu gün dilimiz üçün yad sayılan “uje” və “daje” sözlərinin də əslində genetik yaddaşımızda qorunan “uş” və “dəxi” olduğunu düşünürük. 
Müasir ədəbi dilimiz üçün varvarizm sayılan bu sözləri dilimizdən ata bilməməyimizin səbəbi, düşünürəm ki, əslində elə bizim öz dilimizə yad olmamaları ilə bağlıdır. Bunu, belə demək mümkünsə, “şüuraltı yaddaş” və ya “dil yaddaşı” kimi də izah etmək olar.
Klassik ədəbiyyatımıza, habelə digər müasir türk dillərinə məqsədyönlü nəzər salsaq, bənzərliyi hər kəs görər. Nümunələrdə “uş”un yerinə “uje”, “dəxi”nin yerinə “daje” desək, məna günümüz üçün bəlkə daha anlaşıqlı olacaqdır.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.