Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
21.01.2019

“Nəsimi ili”ndə şairin zəngin dili yeni tədqiqatların obyekti olacaq

Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar “Nəsimi ili” elan edilməsi əlamətdar hadisələrdən biridir. Bu Sərəncam dövlətimizin başçısının Azərbaycan dilinin və ədəbiyyatının inkişafına, klassik şairlərin yaradıcılığına verdiyi yüksək dəyərin göstəricisidir. Nəsimi yaradıcılığının gündəmdə saxlanmasını özündə ehtiva edən bu sənəd XIV əsr Azərbaycan ədəbi dilinin inkişaf yollarını öyrənmək baxımından olduqca əhəmiyyətlidir. Bundan sonra Nəsiminin bir çox cəhətdən zəngin dili yeni-yeni tədqiqatların obyekti olacaq.

Bunu AZƏRTAC-a müsahibəsində AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü deyib.

O bildirib ki, Azərbaycan mədəniyyəti tarixində ana dilinin fədaisi kimi xarakterizə olunan Nəsimi öz yaradıcılığı ilə Azərbaycan klassik şeirinin inkişaf tarixinə yeni istiqamət verib. Şair əsərlərində milli dil vahidlərindən yüksək səviyyədə istifadə edərək Azərbaycan dilini təzyiqlərdən qoruyub, özündən sonra gələn xələflərinin söz meydanında parlamasına zəmin olub. O, Azərbaycan dilindən sistemli şəkildə, ardıcıllıqla, məhəbbətlə istifadə edib. Qəzəllərinə insanı tədqiqat obyekti olaraq seçən Nəsimi onu bütün gözəlliklərdən üstün tutaraq ilk dəfə ana dilində bədii nümunələr yaradıb. Şairin əsərlərində poetik fikirlə fəlsəfi fikir birləşir. Nəsiminin dili onun özü haqqında güclü və aydın informasiya verir. Nəsimi şeirində daima düşünən, kainatın sirlərinə cavab axtaran bir şəxsiyyətin obrazı var.

T.Şükürlü qeyd edib ki, Nəsimi dilinin şəkilçi sistemi inkişaf səviyyəsinə görə müasir dövrümüzə uyğundur. Nəsiminin dilində şəkilçilər həm söz yaradıcılığı prosesində, həm də qrammatik sistemin formalaşmasında aktiv şəkildə iştirak edir. Dilçi alim Samət Əlizadə 1964-cü ildə şairin yaradıcılığını təhlil edərək yazırdı: “Nəsimi yaradıcılığının dar keçidləri, dolanbac yolları vardır. Nəsimi anlayışı şüurumuzda hələ bundan sonra durulacaq, dəqiqləşəcəkdir”.

“Sevindirici haldır ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1973-cü ildə İmadəddin Nəsiminin 600 illik yubileyi beynəlxalq miqyasda qeyd edilib. Həmin illərdən başlayaraq Nəsiminin dilinə aid xeyli tədqiqat işləri aparılıb. Məhz o vaxtdan etibarən Nəsimi yaradıcılığı Azərbaycan və dünya mədəniyyəti miqyasında bir daha tanıdılıb”, - deyə T.Şükürlü əlavə edib.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.