Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
18.01.2019

Elmi Şuranın növbəti iclası keçirilib

18 yanvarda AMEA Nəsimi adına Dilçilik İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.

İclası giriş sözü ilə açan Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu gündəlikdə olan məsələlərlə şura üzvlərini tanış edib.

Azərbaycan şairi İmadəddin Nəsiminin 650, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi və dramaturq Cəfər Cabbarlının 120, AMEA-nın müxbir üzvü Afad Qurbanovun 90, BDU-nun professoru, mərhum dilçi-alim Yusif Seyidovun 90, Dilçilik İnstitutunun Hind-Avropa dilləri şöbəsinin müdiri professor Oruc Musayevin 90, Müasir Azərbaycan dili şöbəsinin baş elmi işçisi professor Qara Məşədiyevin 80 illik, türkolkoq-alim Məhəbbət Mirzəliyevanın 70 illik yubileylərinin qeyd olunması ilə bağlı məsələlər Elmi Şuranın iclasında təsdiq edilmişdir.

İclasda 2019-cu il üçün Elmi Şuranın İş planı, şöbələr üzrə Elmi tədqiqat işlərinin fərdi planları müzakirə edilərək təsdiq olunub. İş planına daxil edilən məsələlərlə bağlı təkliflər dinlənilib.

2018-ci il dissertanturaya (fəlsəfə və elmlər doktorluğu üzrə) və doktorantutaraya (elmlər doktorluğu üzrə) qəbulun yekunları barədə Təhsil şöbəsinin müdiri fil.ü.f. Q.Quliyeva məlumat verib. Bildirib ki, elmlər doktorluğu üzrə 6 yerə 12 nəfər, fəlsəfə doktorluğu üzrə 10 yerə 17 nəfər ərizə verib. Elmlər doktorluğu üzrə doktoranturaya 6 nəfər, fəlsəfə doktorluğu üzrə dissertanturaya 10 nəfər doktorantın namizədliyi Elmi şura tərəfindən təsdiq edilib.

İclasda qəbul olunan doktorantların və dissertantların mövzuları müzakirə olunaraq Elmi şuranın qərarı ilə təsdiq edilmişdir.

Sonda cari məsələlərə baxılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.