Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
02.01.2019

Xəzər Universitetinin tələbələri AMEA Nəsimi adına Dilçilik İnstitutunda

27 dekabr 2018-ci il tarixində Xəzər Universitetinin filologiya fakültəsinin I və IV kurs tələbələri Azərbaycan dilinin dialektologiyası və Müasir Azərbaycan fənlərinin tədrisi çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda olub. Onlarla səmimi bir şəraitdə söhbət edən institutun direktoru, akademik Möhsün Nağısoylu İnstitutun tarixindən, alimlərin gərgin əməyindən bəhs edərək zəhmətin, əməyin nəticəsinin həmişə uğurlu və sevindirici olduğunu vurğulamış, vətənin gələcəyinin indiki gənclərin əlində olduğunu qeyd etmiş, tələbələri bunun məsuliyyətini və şərəfini hiss etməyə, təhsil aldıqları, dünya təhsil sistemi sahəsində böyük etibara malik Xəzər Universitetinin adına layiq ixtisaslı kadr kimi yetişmələrini arzu etmişdir. Sonra o, tələbələri maraqlandıran suallara cavab verib, Azərbaycan dilçilik elminin nailiyyətlərindən danışıb.
Xəzər Universiteti Təhsil departamentinin müəllimi, Dilçilik İnstitutunun Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Qətibə Vaqifqızı institutun iş fəaliyyətindən bəhs edib, müstəqillik dövründə dilçilik elminin inkişafı, yaranan yeni dilçilik sahələri, dildə baş verən dəyişikliklər, prezidentimizin dilimizin saflığı və bütün sahələrdə tətbiqi ilə bağlı imzaladığı sərəncam və fərmanlar barədə geniş məlumat verib.


Tələbələr daha sonra İnstitutun şöbələri ilə tanış olmuşlar. Tətbiqi dilçilik şöbəsinin müdiri, professor İsmayıl Məmmədli, şöbənin əməkdaşları filologiya elmləri doktoru Nəriman Seyidəliyev, institutun qocaman əməkdaşı, məşhur leksikoqraf Əliheydər Orucovla çiyin-çiyin işləmiş Nigar Ağayeva, filologiya üzrə fəlsəfə doktoru Xədicə Heydərova, filologiya üzrə fəlsəfə doktoru Fidan Salayeva lüğətlərin hazırlanması, tərtibi, yeni sözlərin lüğətlərə hansı prinsiplər əsasında daxil edilməsi, Azərbaycanda lüğətçiliyin müasir durumu haqqında zəngin məlumat vermişlər. Sonra tələbələr Türk dilləri şöbəsi ilə də tanış olmuş, şöbənin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elnarə Əliyevanın şöbənin tarixindən bəhs edən söhbətini maraqla dinləmişlər.
Sonra tələbələr institutun elmi kitabxanası ilə tanış olublar. Kitabxananın müdiri Sevil Zülfüqarova tələbələrə kitab fondundan bəhs edib, fondda saxlanılan nadir kitablar, görkəmli dilçilərə məxsus kitab kolleksiyaları, kitabxananın incilərindən olan əski çap kitabları haqqında geniş məlumat verib, tələbələrin kitabların saxlanılma qaydaları ilə bağlı sullarını cavablandırıb.
Terminologiya şöbəsinin müdiri, Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova tələbələrlə qısa söhbətində dilimizin terminoloji bazasının inkişaf istiqamətlərinə toxunmuşdur. Monitorinq şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Sevinc Əliyeva Azərbaycan dilinin dövlət dili kimi inkişafı və dilimizin təmizliyinin qorunması, ədəbi dil normalarının pozulmasının qarşısının alınması, reklamlarda, ictimai obyektlərdə, kütləvi informasiya vasitələrində Azərbaycan dilinin normalarına riayət olunmasının təmin edilməsi məsələlərində şöbənin göstərdiyi fəaliyyət proqramı və əldə etdikləri nəticələr, monitorinqlərin keçirilmə qaydaları, bu zaman hansı prinsiplərin əsas götürüldüyü haqqında məlumat vermişdir.


Şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Kifayət İmanquliyeva tələbələrə Dialektologiya şöbəsi haqqında məlumat vermiş, sonra Azərbaycan dilinin dialektologiyasının tarixi, ilk dialektoloji araşdırmalar, bu sahədə avropalı alimlərin tədqiqləri haqqında geniş və maraqlı mühazirə oxumuşdur. Şöbənin əməkdaşılarından professor Məhərrəm Məmmədli müxtəlif dialekt və şivələri tədqiqata cəlb edən alimlər, Azərbaycan dialektoloqları, Güney Azərbaycan dialektləri, filologiya üzrə fəlsəfə doktoru, dosent Qüdsiyyə Qəmbərova dialektoloji lüğətlərin hazırlanması, tərtibi, dialekt faktlarının toplanması qaydaları barədə tələbələrə maraqlı bilgilər vermişlər. Söhbət zamanı tələbələrin yeni nəşr olunan Naxçıvan Dialektoloji Atlasının hazırlanma prosesi, atlasın quruluşu, istifadə qaydaları ilə yaxından tanış olmuşlar. Görüşün sonunda tələbələrə xoş arzularını bildirən şöbə müdiri Kifayət İmanquliyeva nəfis tərtibatla və xüsusi bir diqqətlə hazırlanan və nəşr olunan Naxçıvan Dialektoloji Atlasını Xəzər Universitetinə hədiyyə etmişdir.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.