Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
17.12.2018

Elçin İbrahimov “Lev Tolstoy” mükafatına layiq görüldü

13 dekabr 2018-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsinin müdiri, "Türkologiya" jurnalının məsul katibi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov Tatarıstan Respublikası Kazan Federal Universiteti Filologiya fakültəsinin dekanı, “Tatarıca” jurnalının baş redaktoru professor Radif Zamaletdinovla görüşüb.

Görüş zamanı Tatarıstan türkoloji mühiti ilə “Türkologiya" jurnalı arasında əməkdaşlıq haqqında müzakirələr aparılıb. E.İbrahimov Türkologiya sahəsindəki fəaliyyətlərinə görə Kazan Federal Universitetinin ali mükafatı olan “Lev Tolstoy” medalı ilə təltif edilib.


Daha sonra Tatar dili və Ədəbiyyatı kafedrasının magistrlərinə “Türk dillərinin müasir vəziyyəti” mövzusunda mühazirə oxuyan E.İbrahimov çağdaş türkoloji araşdırmalar, türk dillərində ortaq ünsiyyət dili, ortaq türk əlifbası, türk dövlətlərində dil siyasəti və s. aktual məsələlərə toxunub.
Sonda E.İbrahimov tələbələri maraqlandıran sualları cavablandırıb.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.