Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
14.12.2018

Nəsimi adına Dilçilik İnstitutunun illik hesabatı dinlənilib

Dekabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunda Elmi Şuranın iclası keçirilib. İclasda institutun illik hesabatı dinlənilib.
İclasda Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu elmi müəssisədə tədqiqat işlərinin “Qloballaşma şəraitində Azərbaycan dilinin zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” əsasında aparıldığını bildirib.
Sonra institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli 2018-ci ildə görülən işlər barədə geniş hesabatla çıxış edib. O bildirib ki, 2018-ci il ərzində institut əməkdaşlarının 10 kitabı, 14 monoqrafiyası, 190 məqaləsi: (164- ü ölkə daxilində və 26-ı xaricdə
Çexiya, Rusiya, Türkiyə, Ukrayna, Özbəkistan, Polşa) çap olunmuşdur.
Hesabat ilində institutun 12 şöbəsində 1 istiqamət üzrə, 12 problem, 18 mövzu, 106 iş yerinə yetirilmişdir.

İnstitutun fəaliyyətini virtual aləmdə əks etdirən www.dilcilik.az saytı fəaliyyət göstərir. Bundan başqa, Azərbaycan dilinin Dövlət dili kimi ümumi informasiya bazasının www.azerbaycandili.az saytı hazırlanıb, təqdimatı keçirilib.
2018-ci ildə tətbiq olunmuş ən mühüm elmi nəticələr kimi AMEA Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, professor Sayalı Sadıqova, filologiya üzrə fəlsəfə doktoru, Şəbnəm Həsənli-Qəribova “Azərbaycan Xalq Cümhuriyyəti və milli ədəbi dilin inkişaf tarixi (1918-2018)”, (Bakı, “Avropa”, 2018, 594 səh.)
Və Dilçilik İnstitutunun Kompüter dilçiliyi şöbəsinin baş elmi işçisi, professor Məsud Mahmudovun “Türk dillərinin milli korpusları” (Bakı, Elm və təhsil, 2018) kitablarıdır.

Sonra B.Məhərrəmli institutun əməkdaşlarının Beynəlxalq konfranslarda iştirakı barədə məlumatı nəzərə çatdırıb.
Bildirib ki, 30 aprel 2018-ci ildə Fransanın Paris şəhərində Beynəlxalq Türk Akademiyası və UNESCO üzrə “Qorqud İrsi və Türk Dünyası” mövzusunda Beynəlxalq Forum keçirilib.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu forumda “Azərbaycan Xalq Cümhuriyyətində dil siyasəti” adlı məruzəsilə çıxış edərək vurğulayıb ki, müstəqil dövlətin mühüm atributlarından biri olan dövlət dili məsələsi yenicə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin diqqət mərkəzində olub. Cümhuriyyət hökuməti 1918-ci il 27 iyun tarixli qərarı ilə o zaman türk dili adlanan Azərbaycan dilini dövlət dili elan edib.

İnstitutda görülən işlər də iclasda uğurlu hesab edilib. 3 oktyabr 2018-ci ildə AMEA Nəsimi adına Dilçilik İnstitutunda “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 iyulda imzaladığı “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamının yerinə yetirilməsilə bağlı tədbir təşkil olunmuşdur. Tədbirdə Xarici İşlər Nazirliyi, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Maliyyə Nazirliyi, Dilçilik İnstitutu, Dövlət İmtahan Mərkəzi və Azərbaycan Dillər Universitetinin bir qrup nümayəndəsi iştirak etməsi də direktor müavinin məruzəsində diqqətə çatdırılıb.
İclasda, həmçinin institutda keçirilmiş konfranslar, sessiyalar, seminarlar və yubileylər haqqında məlumatlar da diqqətə çatdırılıb.
Daha sonra hesabat ətrafında müzakirələr aparılıb. İllik hesabatı institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru dosent Aynel Məşədiyeva hazırlayıb.
İclasda çıxış edən akademik Kamal Abdulla institutun illik hesabatını çox yüksək qiymətləndirib. Qeyd edib ki, builki tədqiqatlar göstərir ki, Dilçilik İnstitutu öz adını doğruldur. Kamal Abdulla onu da nəzərə çatdırıb ki, Dilçilik İnstitutu 2018-ci ildə asan yol keçməyib, orfoqrafiya qaydaları ilə bağlı müzakirələrdə iştirak edib.
Sonda vurğulayıb ki, Dilçilik İnstitutu Türk dünyasının müxtəlif ölkələrinin Dilçilik İnstitutları ilə “Koordinasiya Mərkəzi”nə qoşulmalıdır.

İctimaiyyətlə əlaqələr şöbəsi

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.