Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
12.12.2018

AMEA Nəsimi adına Dilçilik İnstitutunda ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib

12 dekabrda AMEA Nəsimi adına Dilçilik İnstitutunda ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məqsədyönlü və gələcəyə yönələn fəaliyyətində dil siyasətinin həmişə aparıcı olduğunu bildirib. Akademik vurğulayıb ki, ulu öndər Heydər Əliyev hələ Sovet İttifaqı dövründə ölkəmizə rəhbərlik edərkən ana dilimizə böyük qayğı ilə yanaşıb və bu sahədə səmərəli fəaliyyət göstərib. Azərbaycan Respublikasının 1978-ci ildə qəbul edilmiş Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması ilə bağlı xüsusi maddənin daxil edilməsi bunun əyani sübutudur.
Qeyd olunub ki, ulu öndər Heydər Əliyev ana dilimizin tarixi keçmişi ilə yanaşı, bugünkü durumunu və mövcud problemlərini də daim diqqət mərkəzində saxlayıb və bu yöndə bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə ilkin olaraq imza atıb. Həmin tədbirlər sırasında Ulu Öndərin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli Fərman xüsusi yer tutur.
Vurğulanıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük önəm verdiyi dil siyasəti onun layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Professorlar İlhami Cəfərsoy, Sayalı Sadıqova, Qara Məşədiyev, İsmayıl Məmmədli, Roza Eyvazova, dosentlər Təranə Şükürlü və Sevinc Məmmədova çıxışlarında bildiriblər ki, ümummilli lider Heydər Əliyevin müstəqillik dövründə Azərbaycan dili ilə bağlı verdiyi fərmanlar ədəbi dilimizin fəaliyyət meydanını daha da genişləndirib, onun dövlət səviyyəsində tətbiqi işini, inkişafı məsələlərini gücləndirib.
İctimaiyyətlə əlaqələr şöbəsi

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.