Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
12.12.2018

Nəsimi adına Dilçilik İnstitutunun gənc alimi Tatarıstan türkoloqları qarşısında məruzə ilə çıxış edib



Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsinin müdiri, "Türkologiya" jurnalının məsul katibi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov Tatarıstan Respublikası Elmlər Akademiyasının Dil, Ədəbiyyat və İncəsənət İnstitutunda “Türkologiya” jurnalı və Azərbaycanda türkoloji araşdırmalar” mövzusunda məruzə ilə çıxış edib.

O, çıxışında “Türkologiya” jurnalının tarixindən söz açıb, jurnalın fəaliyyət istiqamətləri və əhatə etdiyi mövzular, beynəlxalq aləmdə tanıdılması istiqamətində görülən işlər barədə geniş məlumat verib. Məruzəçi qeyd edib ki, akademik Kamal Abdullanın jurnala baş redaktor təyin edilməsindən sonra görülən işlər artıq öz bəhrəsini verib. Bu gün jurnalda dünyanın bir çox ölkələrindən göndərilən sanballı elmi məqalələr dərc olunur. Jurnal artıq MLA, SAJI, SIS, TEI, SOBIAD, CIF kimi beynəlxalq indekslərə salınıb.

Daha sonra E.İbrahimov Azərbaycanda aparılan türkoloji tədqiqatlar haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Bildirib ki, bu gün AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu türk dillərinin tədqiqi sahəsindəki keçmiş ənənələri davam etdirməklə yanaşı, dünya türkoloji mərkəzləri və qurumları ilə əlaqələr qurur, yaxından əməkdaşlıq edir.

Tədbirdə çıxış edən türk dünyasının tanınmış alimi, akademik Mirfatih Zəkiyev "Türkologiya" jurnalının fəaliyyətini yüksək qiymətləndirib və jurnalın hər sayının nəşrini maraqla gözlədiyini deyib: "Akademik Kamal Abdullanın jurnalın baş redaktoru təyin edilməsi jurnalın dünya standartları səviyyəsində çap olunmasına öz töhfəsini verməkdədir. Əminəm ki, gənc həmkarımız Elçin İbrahimovun jurnala məsul katib təyin olunması Azərbaycanda türkoloji araşdırmaların daha da canlanmasında vacib rol oynayacaq”. /Azərtac/

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.