Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
30.11.2018

Dilçilik İnstitutu: Dilimizin tətbiq olunduğu bütün sahələrə nəzarətin gücləndirilməsinə ehtiyac var

Bakı. İlhamə İsabalayeva – Trend:

Bir sıra kütləvi informasiya vasitələri, o cümlədən onlayn media, müxtəlif internet resursları, reklam agentlikləri, radio verilişlərinin aparıcıları ana dilimizin fonetik, leksik-semantik və qrammatik normalarına lazımınca riayət etmirlər. Bu da dilimizin inkişafına və saflığına xələl gətirir.

Bunu Trend-ə Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyeva deyib.

Onun sözlərinə görə, buna görə də dilimizin tətbiq olunduğu bütün sahələrə daimi nəzarətin gücləndirilməsinə ehtiyac duyulur:

“Ölkəmizdə dövlət dilinin tətbiqi, qorunması və inkişaf etdirilməsi üçün silsilə tədbirlər həyata keçirilir. Xalqımızın ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən imzalanmış fərman və sərəncamlar dilimizin hüquqi statusu, onun saflığının qorunması və inkişafı, dilçilik sahəsində fundamental və tətbiqi araşdırmaların keyfiyyətinin yaxşılaşdırılması üçün olduqca əlverişli şərait yaradıb. Prezident İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli fərmanı əsası Ümummilli lider tərəfindən qoyulmuş dil siyasətinin və bu gün dilimizin saflığının qorunması və inkişafı ilə bağlı dövlətimizin başçısının həyata keçirdiyi səmərəli və genişmiqyaslı işlərin məntiqi davamıdır”.

A.Məşədiyeva əlavə edib ki, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərman ana dilimizin inkişafına yönəlmiş müdrik siyasətin parlaq təzahürləridir.

Alim qeyd edib ki, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin yaradılması Azərbaycan dilinin saflığının qorunması, mövcud nöqsanların və pozuntuların aradan qaldırılması, ədəbi dil normalarının qorunması istiqamətində həyata keçirilən ardıcıl və sistemli islahatların yeni bir mərhələsidir.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.