Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
30.11.2018

Azərbaycan dilinin saflığının qorunması ilə bağlı tədbirlər


27-28 noyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı və yerli Azərbaycan dili müəllimlərinin iştirakı ilə 3 rayonda “Dilimiz sərvətimizdir” layihəsi çərçivəsində “Azərbaycan dilinin qorunmasında dövlət siyasəti” mövzusunda tədbirlər keçirilib.

Yeni Azərbaycan Partiyası Biləsuvar Rayon Təşkilatının inzibati binasında reallaşan tədbiri İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova açaraq, maarifləndirici layihələrin əhalinin intellektual səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərdiyini və belə görüşlərin təşkilində yaxından iştirak etməyə hazır olduqlarını bildirib.

Fondun məsləhətçisi Abbas Əliyev dövlət dilindən düzgün istifadə qaydalarının dərindən mənimsənilməsi məqsədi ilə Bilik Fondunun icra etdiyi layihələr haqqında məlumat verib. Fondun yerli nümayəndəsi Qənbərəli Bağırov bölgələrdə təbliğatına ehtiyac duyulan mövzular barədə fikirlər səsləndirib.

Tədbirdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu Monitorinq şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, dosent Sevinc Əliyeva “Azərbaycan dilinin tədrisi dövlət dilinin qorunmasında xüsusi mərhələ kimi” mövzusunda mühazirə ilə çıxış edib.

S.Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında imzaladığı Fərmanı xatırladaraq, təmsil etdiyi İnstitutin və Bilik Fondunun bu istiqamətdə gördüyü birgə işləri diqqətə çatdırıb.

Alim texniki inkişafın nəticəsində dilimizə daxil olan sözlərdən düzgün istifadənin vacibliyini vurğulayıb, əksər alınma sözlərin Azərbaycan dilində qarşılığı olduğunu, digərlərinin isə zaman-zaman müəyyənləşdiyini söyləyib. Bildirib ki, insan ana dilini öncə valideynləri, sonra müəllimlərindən öyrənir. Uşaqlar körpə yaşlarından eşitdikləri dili bütün qaydalarına uyğun öyrənə bilsələr, sonrakı dönəmlərdə bu dildən düzgün istifadə etməkdə çətinlik çəkməzlər. Bu mənada valideynlər və müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Müəllimlər doğma dilin qorunmasının və gələcək nəsillərə saf şəkildə ötürlüməsinin qarantıdırlar.

Növbəti gün Neftçala Rayon Heydər Əliyev Mərkəzində baş tutan tədbiri Fondun yerli nümayəndəsi, YAP Gənclər Birliyinin sədri Ulvi Fərzəliyeva açaraq, mövzunun aktuallığına diqqət çəkib və müəllimləri müzakirələrdə fəal iştiraka səsləyib.

Çıxışlarda doğma dilin saflığının qorunmasında medianın rolu vurğulanıb. Qeyd edilib ki, mətbuat nümayəndələri müqəddəs missiya daşıdıqlarını unutmamalı, dövlət dilinə qayğını özlərinin vəzifə borcu kimi dəyərləndirməlidirlər.

Salyan rayon Tarix-Diyarşünaslıq Muzeyində təşkil olunan görüş Təhsil şöbəsinin müdir müavini Kübra Quliyevanın moderatorluğu ilə keçirilib. Dilçilik İnstitutu Monitorinq şöbəsinin müdiri S.Əliyeva eyni mövzuda mühazirə ilə çıxış etdikdən sonra müzakirələrə başlanılıb. Müəllimlər dilin tətbiqi və tədrisi ilə bağlı fikirlər söyləyib, təkliflər səsləndiriblər, onları maraqlandıran suallar alim tərəfindən ətraflı cavablandırılıb.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.