Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
27.11.2018

Azərbaycanda ana dilinə dövlət səviyyəsində həmişə xüsusi qayğı göstərilib

Azərbaycan dilinin hərtərəfli inkişafı, beynəlxalq arenaya çıxması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin bariz nümunəsi idi. Ana dilinə həmişə xüsusi qayğı və həssaslıqla yanaşan ulu öndər Heydər Əliyev yeni inkişaf mərhələsində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərman imzalayıb. Fərmanda dilimizin tarixi inkişafı boyu əldə etdiyi uğurlarla yanaşı, qloballaşma dövründə dövlət dilinin inkişafı və zənginləşməsi istiqamətində mövcud olan problemlər ətraflı təhlil edilib. Bununla belə, qloballaşma dövründə müasir Azərbaycan ədəbi dilinin geniş imkanlarından düzgün istifadə edilməməsi hallarına rast gəlinir. Belə ki, bir sıra kütləvi informasiya vasitələri, internet resursları, elektron mətbuat, reklam agentlikləri, radio verilişlərinin aparıcıları ana dilimizin fonetik, leksik-semantik və qrammatik normalarına lazımınca riayət etmirlər. Bu da dilimizin inkişafına və saflığına xələl gətirir. Buna görə də dilimizin tətbiq olunduğu bütün sahələrə nəzarəti gücləndirməyə ehtiyac duyulur.

Bu fikirləri AZƏRTAC-a AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyeva deyib.

O bildirib ki, ana dilimizin istifadəsi sahəsində yaranmış bəzi problemləri nəzərə alan Prezident İlham Əliyev 2012-ci il mayın 23-də "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın hazırlanması barədə Sərəncam imzalayıb. Dövlətimizin başçısının “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Fərmanı isə əsası Ümummilli Lider tərəfindən qoyulmuş dil siyasətinin və bu gün dilimizin saflığının qorunması və inkişafı ilə bağlı ölkəmizdə həyata keçirilən səmərəli və genişmiqyaslı işlərin məntiqi davamıdır. Bu Fərman ana dilimizin inkişafına yönəlmiş müdrik siyasətin parlaq təzahürüdür.

Alim qeyd edib ki, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması Azərbaycan dilinin saflığının qorunması, mövcud nöqsanların və pozuntuların aradan qaldırılması, ədəbi dil normalarının qorunması istiqamətində həyata keçirilən ardıcıl və sistemli islahatların yeni bir mərhələsidir.

“Hər bir xalqın taleyi, onun mənliyi, mədəniyyəti və mənəviyyatı olan dil cəmiyyətin təşəkkülü və inkişafı ilə birgə yaranır. Hər bir fərdin inkişafında böyük rol oynayan ana dili mənsub olduğu millətin öz taleyinə sahibliyinin sübutudur, milli özünəməxsusluğun təsdiqidir, mənəviyyatının güzgüsüdür. Ana dilinin dövlət statusuna yüksəlməsi milli dövlətçilik tarixində qızıl hərflərlə yazılan şanlı səhifədir. Ana dilinə ülvi məhəbbət azərbaycançılıq ideologiyasının milliliyini açmaqla yanaşı, xalqımızın etnik fərdiliyini ifadə edir. Ana dilimizin saflığının qorunması hər bir Azərbaycan övladının vətəndaşlıq borcudur”, - deyə A.Məşədiyeva bildirib.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.