Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
26.11.2018


AYNEL MƏŞƏDİYEVA
Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi,
filologiya üzrə fəlsəfə doktoru, dosent

ANA DİLİ ÖLKƏ BAŞÇISININ DİQQƏT MƏRKƏZİNDƏDİR

"Ana dilini bilməmək, ana dilini qiymətləndirməmək,
şübhəsiz ki, xalq qarşısında böyük qəbahətdir".
HEYDƏR ƏLİYEV

Hər bir xalqın taleyi, onun mənliyi, mədəniyyəti və mənəviyyatı olan dil cəmiyyətin təşəkkülü və inkişafı ilə birgə yaranır. Hər bir fərdin inkişafında böyük rol oynayan ana dili mənsub olduğu millətin öz taleyinə sahibliyinin sübutudur, milli özünəməxsusluğun təsdiqidir, mənəviyyatının güzgüsüdür. Ana dilinin dövlət statusuna yüksəlməsi milli dövlətçilik tarixində qızıl hərflərlə yazılan şanlı səhifədir. Ana dilinə ülvi məhəbbət azərbaycançılıq ideologiyasının milliliyini açmaqla yanaşı, xalqımızın etnik fərdiliyini ifadə edir. Ana dilimizin saflığının qorunması hər bir Azərbaycan övladının vətəndaşlıq borcudur.
Azərbaycan dilinin hərtərəfli inkişafı, beynəlxalq arenaya çıxması dünyanın ən mötəbər tribunalarından eşidilməsi ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin bariz nümunəsi idi.
Ana dilinə həmişə xüsusi qayğı və həssaslıqla yanaşan ulu öndər Heydər Əliyev yeni inkişaf mərhələsində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyun ayının 18-də "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərman imzalamışdır. Fərmanda dilimizin tarixi inkişafı boyu əldə etdiyi uğurlarla yanaşı, qloballaşma dövrüdə dövlət dilinin inkişafı və zənginləşməsi istiqamətində mövcud olan problemlər də ətraflı təhlil edilmişdir.
Ölkəmizdə dövlət dilinin tətbiqi, qorunması və inkişaf etdirilməsi üçün silsilə tədbirlər həyata keçirilmişdir. 30 sentyabr 2002-ci ildə qəbul olunmuş “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu bu istiqamətdə görülən vacib işlərdən biridir. Həmin Qanunda dövlət dilinin işlənməsi, qorunması və inkişafı sahəsində dövlətin əsas vəzifələri, dövlət dilinin rəsmi mərasimlərdə, təhsil sistemində, televiziya və radio yayımlarında, xüsusi adlarda, xidmət sahələrində, coğrafi obyektlərin adlarında, beynəlxalq yarışmalarda və s. işlənməsi qaydaları geniş şəkildə öz əksini tapmışdır.
Ulu öndərin xarici və daxili siyasətini bu gün layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ana dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük qayğı göstərir. Möhtərəm Prezidentimizin göstərişi ilə klassiklərimizinAzərbaycan dilçiliyini, ədəbiyyatını əks etdirən sanballı əsərlərinin latın qrafikasında yenidən nəşr edilməsi ana dilimizə və əlifbamıza dərin hörmət və ehtiramın ifadəsidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı əlifba ilə bağlı problemləri bütünlükdə həll etmişdir. Kitab və monoqrafiyalarımız ana dilimizdə nəşr olunur, dövlət tədbirləri, konfranslar, simpoziumlar məhz bu dildə keçirilir.
Bununla yanaşı, qloballaşma dövründə müasir Azərbaycan ədəbi dilinin geniş imkanlarından düzgün istifadə edilməməsi hallarına rast gəlinir.
Belə ki, bir sıra kütləvi informasiya vasitələri, internet resursları, elektron mətbuat, reklam agentlikləri, radio verilişlərinin aparıcıları ana dilimizin fonetik, leksik-semantik və qrammatik normalarına lazımincə riayət etmirlər. Bu da dilimizin inkişafına və saflığına xələl gətirir.
Buna görə də dilimizin tətbiq olunduğu bütün sahələrə daimi nəzarəti gücləndirməyə ehtiyac duyulur.
Ana dilimizin istifadəsi sahəsində yaranmış bəzi problemləri nəzərə alan Prezident İlham Əliyev 2012-ci il mayın 23-də "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın hazırlanması barədə sərəncam imzalamışdır. Sərəncamda Azərbaycan dilinin tarixi təkamül və inkişaf mərhələlərinə elmi-tarixi aspektdən nəzər salınmış, qloballaşma şəraitində bu sahədə mövcud problemlər, həyata keçirilməli olan tədbirlər dolğun əksini tapmışdır. Sərəncamda xüsusi vurğulanmışdır ki, ədəbi dilimizin özünəməxsus inkişaf qanunauyğunluqlarına xələl gətirə biləcək yad ünsürlərin üzə çıxarılması və qarşısının alınması istiqamətində mütəxəssislər heç də həmişə çeviklik nümayiş etdirə bilmirlər. Azərbaycan dilində internet resurslarının qıtlığı, elektron və interaktiv dərsliklərin yoxluğu, Azərbaycan dilini öyrənən əcnəbi dilli insanlar üçün tədris vəsaitlərinin bir çox hallarda müasir tələblərə cavab verməməsi narahatlıq doğurur.
Ölkə başçısının 2013-cü il 9 aprel tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncamı Azərbaycan dilinə göstərilən qayğının ifadəsi olmaqla yanaşı, həm də ana dilimizin saflığının və zənginliyinin qorunması yolunda mühüm tarixi hadisədir.
Dövlət Proqramında 2013-2020-ci illər ərzində Azərbaycan dili və dilçiliyi ilə yanaşı, həm də tərcümə fəaliyyətinin, terminologiyanın inkişafı, internet resurslarının, elektron və interaktiv dərsliklərin yaradılması məsələləri öz əksini tapmış, televiziya və radioda Azərbaycan dilinin norma və qaydalarının qorunması məqsədilə bədii şuralar yaradılmışdır.
Xalqımızın ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən imzalanmış fərman və sərəncamlar dilimizin hüquqi statusunu, onun saflığının qorunması və inkişafı, dilçilik sahəsində fundamental və tətbiqi araşdırmaların keyfiyyətinin yaxşılaşdırılması üçün olduqca əlverişli şərait yaradıb.
Prezident İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Fərmanı əsası Ümummilli lider tərəfindən qoyulmuş dil siyasətinin və bu gün dilimizin saflığının qorunması və inkişafı ilə bağlı dövlətimizin başçısının həyata keçirdiyi səmərəli və genişmiqyaslı işlərin məntiqi davamıdır.
“Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Prezident İlham Əliyevin imzaladığı Fərmanı ana dilimizin inkişafına yönəlmiş müdrik siyasətin parlaq təzahürləridir.
Qeyd etmək lazımdır ki, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi Publik Hüquqi Şəxsin yaradılması Azərbaycan dilinin saflığının qorunması, mövcud nöqsanların və pozuntuların aradan qaldırılması, ədəbi dil normalarının qorunması istiqamətində həyata keçirilən ardıcıl və sistemli islahatların yeni bir mərhələsidir.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.