Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
26.11.2018

Reklamların və iaşə adlarının monitorinqi açıq müzakirəyə çıxarılmalıdır

Prezident İlham Əliyevin 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ana dilinin saflığının qorunmasına və inkişafına böyük qayğını ifadə edir. Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması dilin tətbiqi istiqamətində görülən işlərin miqyasını artıracaq.

Bunu AZƏRTAC-a AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü deyib.

O bildirib ki, müasir cəmiyyətdə informasiyanın dövriyyəsi üçün geniş imkanlar vardır. Çoxçeşidli informasiyalar həm KİV-lərdə, həm reklamlarda, həm sosial şəbəkələrdə, həm də virtual reklamlarda insanların ixtiyarındadır. Buna görə də dil vahidlərindən düzgün istifadə etmək əsas amillərdən biridir. İnformasiyanın təhlilinə mətnlərin, dil vahidlərinin çoxluğu ilə deyil, faktların məzmunundan çıxış edərək yanaşmaq lazımdır.

T.Şükürlü monitorinqlərın aparılması zamanı vacib olan məqamlara da aydınlıq gətirib. Onun sözlərinə görə, monitorinqlər keçirilərkən, ilk növbədə, məlumatlandırma funksiyasına əməl olunmalıdır. Burada monitorinqin metodikası, aparılması yolları açıqlanmalıdır. Monitorinqlərin aparılması üçün monitorlar (müşahidəçilər) seçilməli, onlar müəyyən təcrübə keçməlidirlər. Monitorinqin nəticələri statistik cəhətdən hesablanmalı, diaqramlarda əks olunmalı, məcmuə şəklində çap edilməlidir. Monitorinq aparan ekspertlərin, dilçilərin rəyləri müqayisə olunmalıdır. Bundan başqa, reklamların və iaşə adlarının, bəzi toponimlərin monitorinqi açıq müzakirəyə çıxarılmalıdır. Yekun rəy onun istifadəsinin məqsədəuyğunluğunu və dövlət standartlarına cavab verməsini müəyyənləşdirməlidir.

Monitorinqlər zamanı təhlilə cəlb olunan materiallarda etik normaların gözlənilməsının vacibliyini deyən dilçi alim qeyd edib ki, monitorinqin nəticələri maarifləndirmə funksiyası daşımalı, hər bir oxucuya, tamaşaçıya, vətəndaşa zövq aşılamalıdır. “Təcrübə göstərir ki, monitorinqlər dilin saflığının qorunması istiqamətində çox böyük fayda verir”, - deyə T.Şükürlü əlavə edib.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.