Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
26.11.2018

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı Moskvada “Nəsiminin mənəvi irsi orta əsrlər Şərqinin tarixi-mədəni kontekstində” mövzusunda konfransda iştirak edib

Heydər Əliyev Fondunun Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə Moskvada təşkil etdiyi “Nəsimi – poeziya, incəsənət və mənəviyyat festivalı” çərçivəsində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Asiya və Afrika Ölkələri İnstitutunda (MDU AAÖİ) 19-20 noyabr 2018-ci il tarixlərində “Nəsiminin mənəvi irsi orta əsrlər Şərqinin tarixi-mədəni kontekstində” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir.
Konfransın açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Asiya və Afrika Ölkələri İnstitutunun direktoru İqor Abılqaziyev iştirak ediblər.
Noyabrın 20-də konfrans işini elmi seksiyalarda davam edib. Konfransda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dili tarixi şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aynurə Mahmudova “Nəsimi və Füzulinin yaradıcılığında kamil insan və kamil aşiq” mövzusunda məruzə ilə çıxış edib.
Konfransda müxtəlif ölkələrdən olan məruzəçilər öz çıxışlarında Nəsimi yaradıcılığının, şairin bədii-fəlsəfi irsinin müxtəlif aspektlərinə, onun Azərbaycan poeziyasının inkişafına təsirinə, eləcə də şair-mistikin dünyagörüşünün formalaşmasında mədəni-fəlsəfi kontekstin, sufizm və hurufizmin intellektual mistikasının roluna və Nəsimi dövrünün sosial-iqtisadi və mədəni xüsusiyyətlərinə toxunmuşlar.
Çıxışlarla yanaşı elmi-praktiki konfrans çərçivəsində müasir gənclərin mənəvi dəyərləri, iki ölkənin gəncləri arasında əlaqələrin inkişafı mövzusunda müzakirələr aparılmış, Seyid İmadəddin Nəsiminin yeni oxunuşu və bədii qiraət müsabiqəsi baş tutmuşdur.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.