Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


   
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
23.11.2018

Dilçilik İnstitutunda Mikayıl Müşfiqin 110 illik yubileyi elmi sessiya ilə qeyd olunub

Noyabrın 23-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı Mikayıl Müşfiqin anadan olmasının 110 illiyinə həsr edilən "Mikayıl Müşfiqin poetik dili" mövzusunda elmi sessiya keçirilib.

Prezident İlham Əliyevin “Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında” 2018-ci il 17 may tarixli Sərəncamına əsasən keçirilən tədbirdə Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu görkəmli şairin həyat və yaradıcılığından danışıb. Alim qeyd edib ki, Mikayıl Müşfiq qısa ömründə poeziyaya böyük töhfələr verib, bənzərsiz poetik nümunələr yaradıb. Qeyd olunub ki, Mikayıl Müşfiq XX əsr Azərbaycan poeziyasına öz üslubu ilə novatorluq gətirib. Milli ədəbiyyatımızı lirik şeirlər, poemalar, mənzum oçerklər və nağıllar, uşaq şeirləri ilə zənginləşdirən Mikayıl Müşfiq misilsiz sənət inciləri yaradıb. Müşfiq şeirlərinin ruhunda ana dilimizin zənginliyi, ahəngi, harmoniyası bütünlüklə ehtiva olunub. Onun poeziyasında xalq ruhunun bədii ifadəsi, milli düşüncənin inikası var. Dramatik poemalar, nəzm və nəsr hissələrindən ibarət olan poemalar, özünəməxsus sonetlər Müşfiq yaradıcılığının orijinal cəhətlərindən olsa da, onun adı daha çox lirik şeirin qüdrətli ustası kimi ədəbiyyat tariximizə həkk edilib.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli “Müşfiqin şeir dilinin poetik imkanları”, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan filologiya üzrə elmlər doktoru, professor Məmməd Əliyev, aparıcı elmi işçi, filologiya üzrə fəlsəfə doktoru Safura Quliyeva məruzə ilə çıxış ediblər.

Sessiyada, həmçinin “Müşfiqin məhəbbət poeziyası”, “Mikayıl Müşfiq yaradıcılığı leksikoqrafiyanın obyekti kimi”, “Mikayıl Müşfiq şeirlərində Azərbaycan dilinin poetik imkanları” mövzularında məruzələr dinlənilib.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.