Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
14.11.2018

Monitorinq Mərkəzi ədəbi dildə norma pozuntularının aradan qaldırılması yollarını müəyyənləşdirəcək

Dövlət müstəqilliyimizin başlıca rəmzlərindən olan Azərbaycan dilinə diqqət Prezident İlham Əliyevin imzaladığı bir sıra sərəncamlarda öz ifadəsini tapıb. Dövlətimizin başçısının 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. Dil quruculuğu ilə bağlı olan bu sənəd Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi statusunun möhkəmlənməsi istiqamətində atılmış mühüm addımlardan biridir.

Bu sözləri AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü AZƏRTAC-a müsahibəsində deyib.

O bildirib ki, Fərmana əsasən, Dövlət Dil Komissiyası yanında yaradılacaq Monitorinq Mərkəzi Azərbaycan dilindən düzgün istifadə qaydalarına hər bir vətəndaşın məsuliyyətlə yanaşması məsələsini tənzimləyəcək. Monitorinq Mərkəzi televiziyada yayımlanan verilişlərdə, radioda, elektron mətbuatda, reklamlarda ədəbi dil normalarına riayət olunması ilə bağlı materialların toplanılması, araşdırılması, sistemləşdirilməsi və təhlilini aparacaq, norma pozuntularının aradan qaldırılması yollarını müəyyənləşdirəcək. Bu Fərman həm də nitq mədəniyyəti məsələlərinin həllinə və onun inkişaf imkanlarının açılması istiqamətinə yönəlmiş vacib sənəddir.

Təranə Şükürlü monitorinqlərin keçirilməsi zamanı əhatəlilik, uyğunluq, obyektivlik və davamlılıq prinsiplərinin gözlənilməsinin vacibliyini də qeyd edib. Bildirib ki, monitorinqə cəlb olunan materiallar bütün sahələri əhatə etməli, təhlil zamanı materialların bölgüsünə diqqət yetirilməlidir. Monitorinqlər qarşıya qoyulan məqsədə və vəzifələrə uyğun aparılmalı, çıxarılan nəticələr real faktlarla əsaslandırılmalıdır. Bununla yanaşı, monitorinqlər ardıcıl olaraq kəmiyyət və keyfiyyət dinamikası izlənilməklə aparılmalıdır.

“Bizi bir xalq, millət kimi qoruyan başlıca amil məhz ana dilimizdir. Milli birliyin möhkəmlənməsində mühüm rol oynayan dil, eyni zamanda, mənəvi və mədəni zənginləşmə, elmi-texniki inkişaf üçün zəruri olan ünsiyyət vasitəsidir. Azərbaycan elmi, mədəniyyəti inkişaf etdikcə dilimiz daha da zənginləşir, analitik düşüncə dilinə çevrilir. Xalqın milli sərvəti olan dil həm də dövlətçiliyin rəmzidir. Bu baxımdan onun qayda və normalarını qorumaq hər bir vətəndaşın borcudur”, - deyə Təranə Şükürlü əlavə edib.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.