Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
12.11.2018

Azərbaycan dilinin saflığının qorunması ilə bağlı tədbirlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında 1 noyabr 2018-ci il tarixli Fərman imzalayıb.

Ölkə başçısının bu Fərmanı Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Dilimiz – sərvətimizdir” layihəsinin daha geniş şəkildə həyata keçirilməsinə, dilimizi tədqiq edən alimlərin onu tədris edənlərlə mütəmadi görüşlərinin təşkilinə yeni təkan verib.
Fərmanın bölgələrdə şərhi ilə əlaqədar Bilik Fondunun təşkilatçılığı ilə Yevlax, Bərdə, Tərtər və Kürdəmir rayonlarında Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Sevinc Əliyevanın, Fondun Ölkədaxili layihələr sektorunun baş məsləhətçisi, filologiya üzrə fəslsəfə doktoru Nüşabə Hüseynovanın və yerli orta məktəb müəllimlərinin iştirakı ilə “Azərbaycan dilinin qorunmasında dövlət siyasəti” mövzusunda “dəyirmi masa”lar keçirilib.
Yeni Azərbaycan Partiyasının Yevlax rayon təşkilatının inzibati binasında gerçəkləşən tədbiri Bilik Fondunun yerli nümayəndəsi, 5 nömrəli məktəbin direktoru, Əməkdar müəllim Zərxanım Əhmədova açaraq, dil məhfumunun xalqın və dövlətin həyatında müstəsna əhəmiyyətə malik olduğunu deyib.
N.Hüseynova Bilik Fondunun Azərbaycan dilinin saflığının qorunması və təbliği istiqamətində həyata keçirdiyi “Dilimiz – sərvətimizdir” layihəsindən söz açıb. Bildirib ki, layihə çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun alimlərinin bir neçə televiziyada jurnalistlər üçün silsilə təlimləri təşkil olunub. Təlimlərin nəticəsi kimi, Fondun dəstəyilə “Ekran və efirdə ədəbi dil normaları” kitabı nəşr edilib. Dilçi alimlərin məqalələrinin toplandığı nəşr jurnalistlərə paylanıb.


Monitorinq şöbəsinin müdiri S.Əliyeva Dilçilik İnstitutunun bu istiqamətdə gördüyü işləri diqqətə çatdıraraq, texniki inkişafın nəticəsində dilimizə daxil olan sözlərdən düzgün istifadə edilməsinin vacibliyini vurğulayıb, əksər alınma sözlərin Azərbaycan dilində qarşılığı olduğunu, digərlərinin isə zaman-zaman müəyyənləşdiyini söyləyib. Bildirib ki, doğma dilin saflığının qorunması xüsusən KİV orqanlarıının üzərinə düşən müqəddəs missiyadır və dövlət dilinə qarşı peşəkar münasibət jurnalistlərin vəzifə borcudur.
Yevlax rayon “Kür” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Əminə Yusifqızı da mətbuatın dilimizin təbliğindəki rolu ilə bağlı fikirlərini söyləyib. “Dəyirmi masa” müəllimlərin qatıldığı müzakirələrlə davam edib.
Bərdə rayon S.Vurğun adına Mərkəzi Kitabxanada təşkil edilən tədbirdə Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Asif Abbasov bölgədə Azərbaycan dilinin təbliği sahəsində mövcud vəziyyət barədə məlumat verib.
N.Hüseynova “Ekran və efirdə ədəbi dil normaları” kitabında əksini tapan məqalələrin mahiyyətindən danışıb.
S.Əliyeva KİV-in yaydığı sözlər və ifadələrdə daha çox hansı pozuntulara yol verildiyini, yanlışlıqların səbəblərini və aradan qaldırıma yollarını diqqətə çatdırıb. “Dəyirmi masa”da müəllimlərin sualları cavablandırılıb, onları maraqlandıran mövzuların müzakirəsi aparılıb.
Tərtər rayonunda yerləşən Qarabağ Regional Bilik Evində gerçəkləşən tədbiri Bilik Evinin müdiri, İ.Məmmədov adına 2 nömrəli məktəb-liseyin direktoru Gülarə Əkbərova açıb. N.Hüseynova və S.Əliyevanın çıxışlarından sonra müəllimlər Azərbaycan dilinin təbliği istiqmətində üzləşdikləri neqativ hallardan, xüsusilə, KİV-də dilin saflığına xələl gətirən məqamlar ətrafında fikir mübadiləsi aparıblar.
Eyni mövzuda “dəyirmi masa” Kürdəmir rayon Heydər Əliyev Mərkəzində də təşkil olunub. Bilik Fondunun yerli nümayəndəsi, Kürdəmir rayon 1 nömrəli tam orta məktəbin direktoru Vüqar Nəsirov tədbiri açaraq, mövzunun aktuallığından bəhs edib. S.Əliyeva və N.Hüseynovanın “Azərbaycan dilinin qorunmasında dövlət siyasəti” mövzusunda çıxışlarından sonra Mərkəzin direktoru Dürriyə Seyidova yerli müəllimlərin, ziyalıların bu istiqamətdə fəaliyyətindən danışıb. Tədbirdə iştirakçıların çoxsaylı sualları ətraflı cavablandırılıb.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu ölkə başçısının Fərmanından irəli gələn tələblər əsasında Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlərini davam etdirir.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.