Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
07.11.2018

“İzahlı dilçilik terminləri lüğəti”nin təqdimatı olub

Noyabrın 7-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, professor Sayalı Sadıqova, filologiya üzrə fəlsəfə doktorları - Natəvan Hüseynova, İradə Abdullayeva, Svetlana Novruzova və Şəbnəm Həsənli-Qəribovanın tərtib etdiyi “İzahlı dilçilik terminləri lüğəti”nin təqdimat mərasimi
keçirilib. Tədbiri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq ölkəmizdə Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı əməli tədbirlərin görüldüyünü xatırladıb. Akademik ölkə rəhbərinin "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Fərmanını müstəqil respublikamızda dövlət dili istiqamətində ardıcıl həyata keçirilən məqsədyönlü siyasətin məntiqi davamı kimi səciyyələndirib.


O, dilçilik elminin müasir inkişaf səviyyəsi, bu sahədə yeni-yeni istiqamətlərin təşəkkülü, eləcə də elmlərin inteqrasiyası və diferensiyası nəticəsində təzə terminlərin yarandığını söyləyib. Bildirib ki, yeni dilçilik sahələrinin yaranması bu istiqamətdə terminlərin toplanması, onların sistemləşdirilməsi və “İzahlı dilçilik terminləri lüğəti”nin tərtibi zərurətini yaradıb. AMEA-nın vitse-prezidenti lüğətin Dilçilik İnstitutunun əməkdaşlarının uzun illər apardıqları tədqiqatlarının bəhrəsi olduğunu deyib.
"Azərbaycan dilinin orfoqrafiya qaydaları”nın təsdiq edilmək üçün Nazirlər Kabinetinə göndərildiyini xatırladan alim 2019-cu ildə yeniləşdirilmiş orfoqrafiya lüğətinin ictimaiyyətə təqdim ediləcəyini vurğulayıb. Akademik bununla paralel olaraq, yeni orfoepiya və sinonimlər lüğətlərinin hazırlanmasının zəruriliyini diqqətə çatdırıb.

Tədbirdə, həmçinin Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmli, professorlar - İsmayıl Məmmədli, İsmayıl Kazımov və Qəzənfər Kazımov çıxış edərək kitabın nəşrinin Azərbaycan dilinin saflığının qorunması baxımından önəminə toxunublar. Qeyd olunub ki, lüğətdə elmi monoqrafiyalarda, tədris işində tez-tez rast gəlinən 8500 terminin definitiv tərifinə, şərhinə geniş yer verilib. Lüğətdə baş sözlər əlifba sırası ilə iri və qara şriftlə verilib, o cümlədən terminlərin orfoqrafiyası müasir ədəbi dilimizin orfoqrafiya normalarına uyğun əks olunub. Bundan əlavə, lüğətin tərtibi prosesində dilin öz daxili imkanları hesabına yaranan terminlər, rus dilindən, rus dili vasitəsilə başqa dillərdən alınan terminlər, ingilis dilindən birbaşa alınan terminlər və qohum türk dillərindən alınan terminlər əsas götürülüb.
Sonda Sayalı Sadıqova çıxış edərək tədbir iştirakçılarına öz təşəkkürünü bildirib.

İctimaiyyətlə əlaqələr şöbəsi

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.