Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
07.11.2018

Professor Məsud Mahmudovun “Türk dillərinin milli korpusları” monoqrafiyası çapdan çıxmışdır

Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Nəsimi adına Dilçilik İnstitutu və Azərbaycanda Atatürk mərkəzinin təqdimatı ilə filologiya üzrə elmlər doktoru, professor Məsud Mahmudovun “ Türk dillərinin milli korpusları” monoqrafiyası “Elm və təhsil” nəşriyyatında çapdan çıxmışdır. Müəllif kitabı Bakı Dövlət Universitetinin 100 illiyi günlərində məzunu olduğu doğma təhsil oçağında ona dərs demiş unudulmaz müəllimlərinin əziz xatirəsinə ithaf etmişdir.
Monoqrafiyanın elmi redaktoru və ön sözün müəllifi AMEA- nın həqiqi üzvü, filologiya üzrə elmlər doktoru, professor Nizami Cəfərovdur.
Rəyçilər - AMEA – nın həqiqi üzvü, texnika üzrə elmlər doktoru, professor Telman Əliyev, AMEA –nın həqiqi üzvü, filologiya üzrə elmlər doktoru, professor Möhsün Nağısoylu, AMEA – nın müxbir üzvü, texnika üzrə elmlər dotoru, professor Məsumə Məmmədova, filologiya üzrə elmlər doktoru, professor Nadir Məmmədli, filologiya üzrə elmlər doktoru, professor Sayalı Sadıqova, filologiya üzrə elmlər doktoru Kamilə Vəliyeva və filologiya üzrə elmlər doktoru İlham Tahirovdur. Kitab AMEA Nəsimi adına Dilçilik İnstitutu Elmi Şurasının qərarı ilə çap olunmuşdur.
Monoqrafiya ən yeni dilçiliyin sürətlə inkişaf edən sahələrindən biri olan korpus dilçiliyinə həsr olunmuşdur. Korpus dilçiliyi hər hansı konkret bir dili təmsil edən mətnlərin qabaqcadan müəyyənləşdirilmiş qaydalar üzrə sistemli şəkildə elektron formatda toplanmasına istiqamətlənmiş məlumat axtarışı sistemlərinin yaradılması və onların tədqiqat prosesində istifadəsi məsələlərini öyrənir. Konkret dilin milli korpusunda müəyyən zaman kəsiyində həmin dil tam şəkildə bütün janrları, üslubları, ədəbi dili, dialektləri, qrammatikası, lüğətləri və s. ilə təmsil olunur. Başqa sözlə, korpus – elektron daşıyıcıda saxlanan müxtəlif dil hadisələri və faktları ilə bağlı tədqiqatçılara operativ və dəqiq məlumat verən, müəyyən nizamla düzülmüş təbii dil mətnləri çoxluğudur. Monoqrafiyada dil korpuslarının qurulması, mətnlərin toplanması və yerləşdirilməsi, eləcə də korpus materialından tədqiqat prosesində müxtəlif məqsədlərlə istifadə olunması məsələləri şərh olunur, Azərbaycan dilinin milli korpusunun yaradılması ilə bağlı aparılmış işlər barədə məlumat verilir.
Monoqrafiya nəzəri və tətbiqi dilçiliyin ən yeni sahələri və aktual problemləri ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.
Monoqrafiyaya ön sözdə akademik Nizami Cəfərov yazır: “Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 23 may 2012-ci il və “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 iyul 2018-ci il tarixli sərəncamlarında Azərbaycan dilinin informasiya-kommunikasiya texnologiyaları, müasir kömpüterlərlə öyrənilməsi, maşın tərcüməsi, müxtəlif statistik lüğətlərin tərtibi, elektron lüğətlər korpusunun yaradılması, əcnəbilər üçün Azərbaycan dilinin elektron platformasının hazırlanması və bir çox başqa məsələlər nəzərdə tutulur. Şübhəsiz, bu qəbildən olan məsələlərin həlli üçün dilçilərlə yanaşı kibernetika, riyaziyyat, proqramlaşdırma sahəsində çalışan mütəxəssislərin birgə fəaliyyəti tələb olunur.
Bu baxımdan çapa təqdim olunan monoqrafiya dilçiliklə dəqiq elmlərin (kibernetika, riyaziyyat, proqramlaşdırma, statistika və s.) qovuşma nöqtəsində yaranmış və sürətlə inkişaf etməkdə olan yeni dilçiliyə – korpus dilçiliyinə giriş kimi səciyyələndirilə olar”.
Dilçi həmkarımızı təbrik edir və ona yaradıcılıq uğurları arzulayırıq!

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.