Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
05.11.2018

AMEA-nın alimləri X Uluslararası Dünya Dili Türkcə Simpoziumunda

16-20 oktyabr 2018-ci il tarixlərində Türkiyənin Əskişəhər Osmanqazi Universitetində X Beynəlxalq Dünya Dili Türkcə Simpoziumu keçirilib. Ənənəvi olaraq hər il təşkil edilən simpoziuma dünyanın müxtəlif ölkələrindən çoxsaylı elm adamı qatılıb. Bu mötəbər tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasını (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Qətibə Quliyeva və Türk dilləri şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov uğurla təmsil ediblər.


İştirak edən bir çox məşhur türkoloqlar, türk dünyasının görkəmli dilçi alimləri simpoziumun alimlər arasında biliklərin, yeni elmi nəticələrin mübadiləsi kimi əhəmiyyətini önə sürmüş, digər tərəfdən gənc alimlərin bu sahədə sözünü deyən qocaman alimlər birgə Açılış mərasimində çıxış edən görkəmli professorlar - Gürer Gülsevin, Əhməd Bican Ercilasun, Dursun Yıldırım, Leyla Karahan, Əhməd Buran qloballaşma dövründə türk dilinin imkanlarından, böyük çoğrafiyaya yayılan ortaq türk mədəniyyətinin zənginliklərindən bəhs edib, türk dilinin dünya dili olma istiqamətində qarşıda duran əsas vəzifələrdən, gələcək ortaq layihələrin həyata keçirilməsindən, türkologiya elminin müasir problemlərindən və perspektivlərdən söz açıblar.


Açılış mərasimindən sonra müxtəlif mövzular üzrə təşkil olunan bölmə iclasları öz işinə başlayıb. Rusiya, Polşa, Çin, İran, Qazaxstan, Monqolustan, Kosova, Əfqanistan, Macarıstan, Albaniya, Qırğısıtna, Özxbəkistan, Türkmənistan, İraq, Ukrayna, Başqırdıstan, tatarıstan kimi ölkələrdən dəvət edilən alimlərin hazırladıqları məruzələrin dinlənilməsinə başlanılıb. Fil.ü.f.d. Qətibə Quliyeva “Qədim türk mətnləri kontekstində türkçədə somatik leksik vahidlər” mövzusunda, Elçin İbrahimov “Türk dünyasının aktual problemi: Ortaq əlifba” adlı məruzələri böyük maraqla dinlənilib, çıxışlardan sonra iştirakçılar sertifikat və hədiyyələrlə təltif ediliblər.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.