Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
26.10.2018

“Dilçi alimlərin “Azərbaycan Xalq Cümhuriyyəti İlin”də maarifçilik fəaliyyəti”

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Əliyeva Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun dəstəyi ilə Yasamal rayonundakı Şuşa Humanitar Kollecində Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə təşkil olunmuş tədbirdə “Dilçi alimlərin “Azərbaycan Xalq Cümhuriyyəti İlin”də maarifçilik fəaliyyəti” mövzusunda mühazirə deyib. O, Dilçilik İnstitutu əməkdaşlarının Bilik Fondu və Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasının dəstəyi ilə “Ekran və efirdə ədəbi dil normaları” adlı layihəyə qoşulduqlarını, bu məqsədlə bir sıra teleradio kanallarında keçirilən təlimlərdə iştirakçı olduqlarını qeyd edib. Bilik Fondunun təşəbbüsü və birbaşa dəstəyi ilə layihədə iştirak etmiş təlimçilər cəlb olunmaqla dilin saflığının qorunmasına xidmət edən onların tövsiyə xarakterli məqalələri “Ekran və efirdə ədəbi dil normaları” toplusunda dərc olunmuşdur. E.Əliyeva İnstitut əməkdaşlarının Bilik Fondunun “Dilimiz sərvətimizdir” layihəsi çərçivəsində fəallıq göstərdiklərini, müxtəlif bölgələrə ezam olunaraq silsilə maarifləndirici tədbirlərdə iştirak etdiklərini əlavə edib. O, həmiçinin “Azərbaycan Xalq Cümhuriyyət İli”ndə İnstitutun qarşısında duran vəzifələrdən, dilçi alimlərin yeni elmi araşdırmaları və nəşrləri haqqında məlumat verib.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.