Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
15.10.2018

“Dilimiz sərvətimizdir” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilmişdir

11 oktyabr 2018-ci il tarixində Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində “Dilimiz sərvətimizdir” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında “Bilik Fondu” tərəfindən maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının müavini Təranə İsmayılova, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşları AMEA Dilçilik İnstitutunun monitorinq şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, dosent Sevinc Əliyeva və filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Məmmədova, rayonun təhsil işçiləri və məktəblilər iştirak etmişlər.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının müavini Təranə İsmayılova tədbiri giriş nitqi ilə açaraq, mövzu ilə bağlı məlumat vermiş və respublika rəhbərliyi tərəfindən dilimizin saflığı, dövlət səviyyəsində dilimizə olan diqqət və qayğıdan ətraflı məlumat vermişdir.


AMEA Dilçilik İnstitutunun monitorinq şöbəsinin müdiri, filologoya üzrə elmlər doktoru, dosent Sevinc Əliyevanın “Azərbaycan dilinin tədrisi dövlət dilinin qorunmasında xüsusi mərhələ kimi” mövzusunda mühazirəsi dinlənilmişdir. Auditoriya tərəfindən böyük maraqla qarşılanan çıxışında natiq tədris prosesində Azərbaycan dilinin saflığının qorunmasının böyük əhəmiyyət kəsb etdiyini qeyd etmişdir. O, Azərbaycan mətbuatında, radio və televiziya verilişlərində yol verilən nöqsanların aradan qaldırılması istiqamətində də mülahizələrini bildirmişdir.
Sonra filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Məmmədova “Azərbaycan dilinin saflığının qorunması” mövzusunda çıxış edərək, əsassız olaraq dilimizə nüfuz etmiş yad sözlərin çıxarılmasında ziyalılarımızın üzərinə düşən vəzifələrdən söhbət açmışdır.
Məruzələr ətrafında Lökbatan qəsəbəsindəki 166 nömrəli tam orta məktəbin direktoru Şəmsi Qocayev çıxış edərək, reklam lövhələrində xarici sözlərin Azərbaycan sözləri ilə əvəz olunmasında Dilçilik institutunun fəallığının artırılmasını bildirmişdir.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov çıxış edərək, dilin yaranması, tarixi inkişaf yolu, ünsiyyət vasitəsi kimi cəmiyyətdə misilsiz rol oynadığını qeyd edərək, hər bir Azərbaycan ailəsində və həyatımızın bütün sahələrində Ana dilinin sevilib qorunmasının vacib amil olduğunu vurğulamışdır.
Mühazirələr iştirakçıların böyük marağına səbəb olmuşdur.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
Mühazirə auditoriya tərəfindən böyük maraqla qarşılanmış və belə tədbirlərin davamlı olması arzulanmışdır.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.