Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
12.10.2018

“Xanımlıq, alimlik, analıq mücəssiməsi”

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı və AMEA Nəsimi adına Dilçilik İstitutunun dəstəyi ilə görkəmli şərqşünas alim, tərcüməçi, pedaqoq, professor Aida İmanquliyevanın anım günü münasibətilə Azərbaycan Dövlət Pedaqoji Kollecində “Xanımlıq, alimlik, analıq mücəssiməsi” mövzusunda “dəyirmi masa” təşkil edilib.


Tədbiri giriş sözü ilə açan Kollecin direktor müavini Nigar Şirəliyeva ərəb ədəbiyyatının Azərbaycanda ilk araşdırmaçısının anım gününün qeyd edilməsinin əhəmiyyətindən və onun şərəfli ömür yolundan bəhs edib. Sonra AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin aparıcı elmi işçisi, Bilik Fondunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Əliyeva “Nümunəvi alim, xeyirxah qadın, fədakar ana” mövzusunda çıxış edərək ərəbşünas alimin səciyyəvi xüsusiyyətlərindən, onun gənclərə örnək ola biləcək nəcib keyfiyyətlərindən bəhs edib. E.Əliyeva tələbələri Aida xanımdan və onun layiqli davamçıları: böyük qızı – M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın vitse-prezidenti Nərgiz Paşayeva və kiçik qızı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevadan nümunə götürməyə səsləyib. O bildirib ki, A.İmanquliyeva gözəl, fəxr edilən övlad olduğu kimi, həm də fədakar, qayğıkeş həyat yoldaşı və ana idi. Əlbəttə ki, Nəsir İmanquliyev kimi bir ziyalının evində dünyaya gəlmək, Mir Cəlal kimi yazıçının, alim və pedaqoqun ailəsində gəlin olmaq, ömrünü akademik Arif Paşayev kimi dünya şöhrətli alimlə bağlamaq Aida xanımın kamil bir insan kimi yetişməsində böyük rol oynamışdır.


Sonra AMEA Nəsimi adına Dilçilik İnstitutunun Təhsil şöbəsinin müdiri, Xəzər Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qətibə Vaqif qızı Quliyeva “Yaşar ürəklərdə, dillərdə adın” mövzusunda mühazirə deyib. Mühazirənin əvvəlində “Beynəlxalq Qızlar Günü” münasibətilə kollecin tələbələrini təbrik edən fil.ü.f.d. Q.Quliyeva daha sonra Azərbaycan qadınına, qızlarına örnək olan əsl alim, ana, həyat yoldaşı streotipini formalaşdıran şərqşünas alim, tədqiqatçı, ədəbiyyatşünas, pedaqoq Aida İmanquliyevanın mənalı və örnək həyat yolundan, ərəb məhcər ədəbiyyatının Azərbaycandakı ilk araşdırmaçısı olan alimin bu sahə ilə bağlı yazdığı və indi də öz aktuallığını, əhəmiyyətini itirməyən elmi yaradıcılığından və tərcümələrindən bəhs edib. Aida İmanquliyevanın nisbətən qısa ömür sürməsinə baxmayaraq, özündən sonra qoyub getdiyi çoxşaxəli irsinin, fundamental tədqiqat əsərlərinin təkçə Azərbaycan və sovet filoloji elmini deyil, eyni zamanda dünya şərqşünaslığını zənginləşdirdiyini, inkişafına təkan verdiyini qeyd edib.


Tədbir çərçivəsində görkəmli alimin ömür yolunu əks etdirən film nümayiş olunub. Aida xanımın ərəb məhcər ədəbiyyatının ən görkəmli nümayəndəsi Cübran Xəlil Cübranın yaradıcılığından tərcümə etdiyi “Müdrikliyin ziyarəti” hekayəsi tələbələr tərəfindən bədii qiraətlə oxunub və təhlil edilib.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.