Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
03.10.2018

“Əcnəbilər üçün Azərbaycan dilinin elektron platforması” layihəsi

3 oktyabr 2018-ci ildə AMEA Nəsimi adına Dilçilik İnstitutunda “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 iyulda imzaladığı “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsilə bir sıra tədbirlər haqqında” sərəncamının yerinə yetirilməsilə bağlı tədbir təşkil olunub.
Tədbirdə Xarici İşlər Nazirliyi, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Maliyyə Nazirliyi, Dilçilik İnstitutu, Dövlət İmtahan Mərkəzi və Azərbaycan Dillər Universitetinin bir qrup nümayəndəsi iştirak edib.
İclası giriş sözü ilə açan Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu bildirib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2013-cü il 9 aprel tarixli sərəncamı ilə təsdiq edilən "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın 6.4.3 saylı maddəsində "Azərbaycan dilində internet resursların, elektron və interaktiv dərsliklərin yaradılması istiqamətində fəaliyyətin gücləndirilməsi" məsələləri nəzərdə tutulub. Bu sərəncam”Dövlət Proqramının” davamıdır. Sənədlərin imzalanması ona gətirib çıxarır ki, artıq Azərbaycan dilinin elektron məkanda istifadəsi zamanı yaranıb.

Akademik qeyd edib ki, dilin təbliği ölkənin təbliğidir. Bizdə də bu iş layihə şəklində həyata keçirilir.
İclasda layihənin tətbiqi, həyata keçirilməsi mexanizmi, icra müddəti, beynəlxalq təcrübə əsasında dəyərləndirilməsi və sair kimi məsələlər müzakirə olunub.
DİM-nin “- Strateji inkişaf şöbəsi, strateji inkişaf və layihələrin idarə olunması sektorunun müdiri Vəli Hüseyn, ADU-nun Azərbaycan dilçiliyi kafedrasının müdir müavini Səbinə Əliyeva və Dilçilik İnstitutunun Sosiolinqvistika və dil siyasəti şöbəsinin müdiri professor Mayıl Əsgərov təqdim etdikləri layihə ilə bağlı çıxışlar ediblər.
Sonda təkliflər dinlənilib.

İctimaiyyətlə əlaqələr şöbəsi

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.