Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
Elmi şura
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Təhsil şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
13.07.2018

Mədəniyyətin inkişafı naminə elmi potensialın inteqrasiyası

Sözügedən hədəfə nail olmaq məqsədilə 13 iyul 2018-ci il tarixində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı ilə Elmi katiblərin I məsləhətləşmə xarakterli görüşü keçirilmişdir.
Tədbirdə ümumilikdə 18 mədəniyyət, elm və ali təhsil müəssisəsi, o cümlədən AMEA-nın Fəlsəfə İnstitutu, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Memarlıq və İncəsənət İnstitutu, Folklor İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Arxeologiya və Etnoqrafiya İnstitutu, Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu, Qafqazşünaslıq İnstitutu, Bakı Dövlət Universiteti, Bakı Xoreoqrafiya Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dillər Universiteti, habelə Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Xalça Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Azərbaycan İstiqlal Muzeyi, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Hüseyn Cavidin Ev Muzeyində çalışan elmi katiblər iştirak etmişdir.


Tədbirin əvvəlində Azərbaycan Milli Elmlər Akademiyasınınnın Fəlsəfə İnstitutu ilə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz arasında əməkdaşlığa dair memorandum imzalandı. Sözügedən memorandumun məqsədi və əhəmiyyəti barədə Fəlsəfə İnstitunun direktoru İlham Məmmədzadə çıxış etdi. Bildirdi ki, bu memorandum elm, təhsil və mədəniyyətin ortaq fəaliyyətinə xidmət edəcəkdir.
Daha sonra Mərkəzin direktoru Asif Usubəliyev gələcəkdə birgə görüləcək işlər və həyata keçiriləcək tədbirlər barədə fikirlərini bildirdi. Qeyd etdi ki, elmi katiblərin peşə birliyi mədəniyyət sahəsinə elmi potensialın cəlb edilməsi fəaliyyətimizi daha böyük və lazımlı nəticələrə gətirəcəkdir.


Tədbirin ikinci hissəsində ilk dəfə təşkil olunan Elmi katiblərin I məsləhətləşmə xarakterli görüşünün keçirilməsinin məqsədi barədə mərkəzin elmi katibi Cavid Əliyev məlumat verdi.
Diskussiya formatında davam edən tədbirdə mədəniyyət məsələləri ilə bilavasitə məşğul olan sahələr arasında əməkdaşlığın genişləndirilməsi, sahələrarası koordinasiyanın təşkili, qarşıya qoulmuş vəzifələrin icrası və mövcud problemlərin effektiv həlli məqsədilə müvafiq işçi qrupun yaradılması təşəbbüs kimi irəli sürüldü.
Növbəti görüşlərdə mədəniyyətin aktual məsələlərina dair həsr olunmuş mövzuların müəyyənləşdirilməsi iştirakçılar tərəfindən qərara alındı.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.