Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
Elmi şura
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Təhsil şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
02.07.2018

"Atebetül Hakayik ve ilk dönem Türkçe Elmi Eserler" simpoziumu

28-30 iyunda Türkiyənin Ankara şəhərində Yeni Türkiyə Strateji Araşdırma Mərkəzində "Atebetül Hakayik ve ilk dönem Türkçe Elmi Eserler" simpoziumu keçirilib. Simpoziumda AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Təhsil şöbəsinin müdiri dosent Qətibə Quliyeva və "Türkologiya" jurnalının məsul katibi fil.ü.f.d. Elçin İbrahimov iştirak edib.
Konfransda Akademik M.Nağısoylu “Türkcəni zənginləşdirən XIII-XIV əsrlər farsca-türkcə lüğətlər” mövzusunda məruzə ilə çıxış edib.

Akademik çıxışında bildirib ki, Azərbaycanda milli ədəbi dilin zənginləşməsində orta əsrlərin yadigarları olan Farsca-türkcə lüğətlərin mühüm rolu olmuşdur. Orta yüzilliklərdə Yaxın və Orta Şərq ölkələrində, o cümlədən Azərbaycanda lüğətçilik geniş inkişaf etmiş, bir sıra izahlı və ikidilli lüğətlər tərtib olunmuşdur. Bu dövrün ən məşhur ikidilli lüğətlərindən biri dövrünün görkəmli alimi Fəxrəddin Hinduşah bin Səncər Naxçıvaninin “Sihahül-əcəmiyyə” əsəridir.

Akademik qeyd edib ki, Türkcənin dil varlığının zənginliyini özündə ehtiva edən “Sihahül-əcəm” lüğəti XIII əsr Azərbaycan-türk dilində söz yaradıcılığının müxtəlif vasitələrini öyrənmək baxımından da böyük əhəmiyyət daşıyır.
İki gün davam edən konfrans bölmə iclasları üzrə davam etdirilib. Simpoziumun yekun iclasında akademik Möhsün Nağısoylu simpoziumun təşkilinin əhəmiyyətini vurğulayıb.

İcitmaiyyətlə əlaqələr şöbəsi

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.