Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
Elmi şura
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Təhsil şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
02.07.2018

AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyevanın “Инфинитивы и имена действия в тюркских языках” (“Türk dilllərində məsdərlər və feili isimlər”) adlı kitabına rəyi

Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının professoru Məhərrəm Məmmədlinin rəyi AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynel Məşədiyevanın bu günlərdə rus dilində işıq üzü görən “Инфинитивы и имена действия в тюркских языках” (“Türk dilllərində məsdərlər və feili isimlər”) adlı kitabına rəyi Rusiyanın Ufa şəhərində nəşr edilən və beynəlxalq bazalarda indeksləşdirilən “ВЫСШАЯ ШКОЛА” (ISSN 2409-1677 №11/2018, Издательство «Инфинити», г.Уфа) adlı elmi-praktiki jurnalda çap edilmişdir.
Monoqrafiya türk dillərində və onların dialektlərində məsdərlərin, birincili və ikincili feili isimlərin strukturunun, semantikasının və morfoloji-sintaktik funksiyalarının müqayisəli-tarixi aspektdə sistemli təhlilinə həsr olunmuşdur.
Müəllif qeyd edir ki, Aynel Məşədiyevanın “Türk dilllərində məsdərlər və feili isimlər” adlı monoqrafiyası olduqca aktual və ciddi bir elmi araşdırma mahiyyəti kəsb edir. Bu kitabın türk dillərinin və onların dialektlərinin materialları əsasında məsdərlərin və feili isimlərin müqayisəli-tarixi aspektdə öyrənilməsi bu dillərin daxili xüsusiyyətlərini üzə çıxarmaq üçün çox əhəmiyyətlidir. Belə ki, bu tədqiqatda türk dillərində məsdərlərin və feili isimlərin tədqiqinin əsas istiqamətlərinin təhlil edilməsinə, onların əsas anlayışlarının və terminlərinin təsvir olunmasına, leksik-semantik, morfoloji-sintaktik xüsusiyyətlərinin müəyyənləşdirilməsinə cəhd edilmiş və göstərilən məsələlər uğurla həllini tapmışdır.
Rəydə həmçinin qeyd edilir ki, tədqiqatçı türk dillərində məsdərlərin və feili isimlərin linqvistik mahiyyəti və spesifik xüsusiyyətləri, onların funksional-semantik potensialı, kateqoriyalararası əlaqələri və sözdəyişmə sistemində münasibətləri problemlərini müfəssəl şəkildə araşdırmışdır.

Rəyi oxu

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.