Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
19.06.2018

“Qazax əlifbasının latın qrafikası: dövlət dilinin qloballaşma şəraitində inkişafı”

5-6 iyun, 2018-ci ildə Qazaxıstan Respublikasının Atırau şəhərində “Qazax əlifbasının latın qrafikası: dövlət dilinin qloballaşma şəraitində inkişafı” adlı beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. Bu konfrans Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin “Gələcəyə baxış: İctimai şüurun modernləşdirilməsi” adlı məqaləsində irəli sürülən və proqram mahiyyəti daşıyan mülahizələrin həyata keçirilməsi ilə bağlı təşkil olunmuşdur.
Konfransda Azərbaycanı f.ü.e.d., professor Mayıl B. Əsgərov, f.ü.f.d., professor Ədalət Tahirzadə və fəlsəfə doktoru Çiğdəm Şahin təmsil etmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun Sosiolinqvistika və dil siyasəti şöbəsinin müdiri, Bakı Avrasiya Universitetinin professoru, filologiya üzrə elmlər doktoru Mayıl B. Əsgərov həmin konfransın plenar iclasında “Latın əlifbası Türk xalqlarının daha da yaxınlaşmasında növbəti addımdır və onların dünya mədəniyyətinə inteqrasiyası üçün fəal vasitədir” adlı məruzə ilə çıxış etmişdir.


Məruzənin tam mətni konfransın toplusunda çap olunmuşdur (bax: “Qazax əlifbasının latın qrafikası: dövlət dilinin qloballaşma şəraitində inkişafı” adlı beynəlxalq elmi-praktik konfransın materialları, Atyrau, 2018, s. 90-93).
F.ü.e.d, prof. Mayıl B. Əsgərov Qazaxıstan Respublikası Dövlət Televiziyasına və Atırau Vilayəti Dövlət Televiziyasına verdiyi müsahibələrdə “Latın əlifbasına keçid və onun perspektivləri” mövzusunda danışmışdır.
Qazaxıstan Respublikasının və Atırau Vilayətinin bir sıra kütləvi informasiya vasitələri, o cümlədən qəzet, jurnal və saytları f.ü.e.d., prof. Mayıl B. Əsgərovun həmin məruzə və çıxışlarının qısa xülasəsini öz səhifələrində yayımlamışdır.

Bax:

http://atr.kz/latyin-a-k-shu-tarihi-adam/
http://pricom.kz/латиница-возвращение-к-истокам-и-новы/
https://elana.kz/ru/латын-әліпбиі-өркениет-есігін-ашаты/
http://www.kazpravda.kz/fresh/view/budushchee--za-latinitsei/

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.