Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
Elmi şura
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Təhsil şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
30.05.2018

AMEA Nəsimi adına Dilçilik İnstitutunda Qadınlar Şurası yaradılıb

25 mayda AMEA Nəsimi adına Dilçilik İnstitutunda Qadınlar Şurasının təsis toplantısı keçirilib. Toplantıda Dilçilik İnstitutunun Qadınlar Şurası yaradılıb.
İclasda AMEA Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadə, katib Samirə Kadiyeva iştirak edib.
Rəna Mirzəzadə çıxışında bildirib ki, Azərbaycan qadınları bu gün elmin müxtəlif sahələrində fəaliyyət göstərirlər.
Sonra da R. Mirzəzadə qeyd edib ki, istənilən sahədə fəaliyyət göstərməsindən asılı olmayaraq Azərbaycan qadını cəmiyyətin, dövlətin inkişafına xidmət etməlidir.
Nəsimi adına Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu çıxışında vurğulayıb ki, institutdakı qadınlar öz vəzifələrinin öhdəsindən ləyaqətlə gəlirlər. Akademikin sözlərinə görə, institutun xanım üzvləri həmçinin, müxtəlif beynəlxalq konfranslarda iştirak edirlər.
Sonra səsvermə yolu ilə Dilçilik İnstitutu Qadınlar Şurasının sədri, müavini və idarə heyəti müəyyənləşdirilib.

Sədr: professor Roza Eyvazova
Müavin: Sevil Zülfüqarova
Katib: fil.ü.f.dok. Şəbnəm Həsənli Qəribova

İdarə heyəti:
Dosent Aynel Məşədiyeva
Dosent Baba Məhərrəmli
Fil.ü.f.dok. Qətibə Quliyeva
Dosent. Təranə Şükürlü
Fil.ü.f.dok. Xədicə Heydərova
Dosent Aytən Bəylərova
Fil.ü.f.dok. Elçin İbrahimov
Dosent Lalə Qurbanova
Sevinc Səfərova

İctimaiyyətlə əlaqələr şöbəsi

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.