Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
25.05.2018

Dilçilik İnstitutunda Türk Dil Qurumunun sabiq sədri Hacəttəpə Universiteti “Sözlük Araşdırmaları Mərkəzi”nin direktoru, professor Şükrü Haluk Akalınla görüş keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Türk Dil Qurumunun sabiq sədri Hacettepe Universiteti “Sözlük Araşdırmaları Mərkəzi”nin direktoru, professor Şükrü Haluk Akalınla görüş keçirilib.
Görüşdə AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli Azərbaycan-Türkiyə münasibətlərinin daim yüksələn xətt üzrə inkişaf etdiyini nəzərə çatdırıb.
Akademik İsa Həbibbəyli Şükrü Haluk Akalının müasir türkologiyanın əsas simalarından biri olduğunu vurğulayıb. Bildirib ki, Şükrü Haluk Akalın Azərbaycan dilinə, dilçilik elminə sevgisi olan ziyalılardandır. Akademik onu da nəzərə çatdırıb ki, Şükrü Haluk Akalın Azərbaycanın mənafeyini, mövqeyini müdafiə edən şəxsiyyətlərdən biridir. Son illərdə onunla akademik Möhsün Nağısoylu arasında qardaşlıq, dostluq münasibəti formalaşıb ki, bu da Türkiyə dilçilik mühitinin əlaqəsi deməkdir.


Sonra çıxış edən Nəsimi adına Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu bildirib ki, Şükrü Haluk Akalının Azərbaycan dilində səlis danışmağı Azərbaycan dilinə olan sevgisindən irəli gəlir. Yaxın gələcəkdə Haluk bəy Nəsimi adına Dilçilik İnstitutunun Fəxri doktoru adına da layiq görüləcək.
Görüş çərçivəsində professor Şükrü Halûk Akalın “Çağdaş Sözlükçülükte Elektronik Sözlükler ve Türk Dilinin Elektronik Sözlükleri” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, Türkiyə türkcəsində elektron sözlüklərdən 1990-cı illərdən istifadə olunmağa başlanılıb. Ş.H.Akalın həmçinin, 12 cildlik “Türkiyə türkcəsinin dialektoloji lüğət”inin əhəmiyyətindən də bəhs edib.
Daha sonra çıxış edənlər Azərbaycan-Türkiyə elmi və ədəbi əməkdaşlığından danışıblar danışıblar.



İctimaiyyətlə əlaqələr şöbəsi

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.