Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
Elmi şura
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Təhsil şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
21.05.2018

“Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı MM orqan və qüvvələrinin idarə edilməsinin təşkili”

21 may 2018-ci il tarixdə AMEA Nəsimi adına Dilçilik İnstitutunda “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı MM orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda “Rəhbər heyətin mülki müdafiə məşqi” keçirilmişdir.
Məşqdə İnstitutun rəhbər heyəti, FH komissiyasının sədri və üzvləri, şöbə müdirləri, hərbliləşdirilməmiş dəstələrin komandir-rəis heyəti iştirak etmişlər.
MM rəhbəri - institutun direktoru akademik Möhsün Nağısoylu məşqin başlanmasını elan etmiş, MM tədbirlərinin vacib olmasını qeyd edərək Rəhbər heyətin məşqinin əsas məqsədinin fövqəladə hadisələr zamanı əməkdaşların həyatının və sağlamlığının qorunması, işin dayanıqlılığının təmin edilməsi olduğunu xüsusilə vurğulamışdır. Məşqi davam etdirmək üçün sözü İnstitutun MM qərargah rəisi Mehman Həsənova vermişdir.

MM qərargah rəisi M.Həsənov MM rəhbərinin əvvəlcədən təsdiq etdiyi “Rəhbər heyətin mülki müdafiə məşqinin keçirilməsi planı”na uyğun olaraq tədbiri keçirmiş və İnstitutun yerləşdiyi ərazi üçün aktual olan təbii və texnogen fövqəladə hallarla əməkdaşları tanış etmiş, belə hallar və qəzalar təhlükəsi yarandıqda yerinə yetirilən tədbirlərdən danışmışdır.
Rəhbər heyəti tərəfindən MM Planının öyrənilməsi və dəqiqləşdirilməsi yerinə yetirilmişdir. Fövqəladə hadisələrın nəticələrini aradan qaldırarkən xəbərdarlıq və idarəetmə qaydaları sxem üzrə məşq edilmişdir. Mülki müdafiə planına əsasən Rəhbər heyət tərəfindən öz vəzifələrinin dəqiq öyrənilməsi və mənimsənilməsi MM rəhbəri tərəfindən yoxlanmışdır.
Məşqin sonunda “İlk tibbi yardım” mövzusunda maarifləndirici film nümayiş etdirilmişdir.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.