Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
18.05.2018

“Cümhuriyyət dövründə dil məsələləri”

18 mayda AMEA Nəsimi adına Dilçilik İnstitutunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə “Cümhuriyyət dövründə dil məsələləri” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Dilçilik İnstitunun direktoru akademik Möhsün Nağısoylu bildirib ki, müstəqil dövlətin mühüm atributlarından biri olan dövlət dili məsələsi yenicə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin diqqət mərkəzində idi. Bununla da Azərbaycan dili 1918-ci il 27 iyunda dövlət dili elan olundu .
Həmçinin akademik vurğulayıb ki, 1918-ci il avqustun 28-də AXC hökuməti “Birinci və ikinci dərəcə ibtidai məktəblərin, həmçinin orta təhsil müəssisələrinin milliləşdirilməsi haqqında” qərar qəbul etdi. . Milli məktəb ideyasının reallaşması üçün digər mühüm tədbirlər də həyata keçirilməyə başlandı. 1918-1919-cu illərdə Gəncə müəllimlər seminariyası milliləşdirildi.
1919-cu il 21 martda Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ərəb əlifbası islahatı üzrə Komissiya yaradılıb. Hökumət 1919-cu il fevralın 11-də Azərbaycan milli ordusunda türk dilində süvari qoşunları nizamnaməsinin təsdiqi haqqında qərar qəbul edib.
M.Nağısoylu onu da qeyd edib ki, Parlamentin 1919-cu il avqustun 21-də keçirilən iclasında – Bakı Dövlət Universitetinin açılması ilə bağlı çıxışlarda dil məsələsinə xüsusi diqqət yetirilmişdir. Çıxış edənlərin əksəriyyəti ölkənin bu ilk ali məktəbində tədrsin hansı dildə aparılması məsələsinə böyük əhəmiyyət vermişdilər. Universitetin ilk nizamnaməsində yazılırdı ki, dərslər bütün fakültələrdə Azərbaycan dilində keçirilməlidir.


Sonra professorlar İsmayıl Kazımov “Cümhuriyyət dövrünün dil xüsusiyyətləri: Əhməd Cavadın yaradıcılığı kontekstində” və Alxan Bayramoğlu “Cümhuriyyətin dil siyasəti dövrün bədii-publisistik nümunələrdə” məruzələrlə çıxış ediblər. BDU-nun açılması strateji əhəmiyyət daşıyırdı.
Filologiya üzrə fəlsəfə doktoru Şəbnəm Həsənli-Qəribova isə çıxışında qeyd edib ki, milli hö-kumətin vacib tədbirlərindən biri də milliləşmiş və milli olmayan orta məktəblərdə öz milli tarixi və ədəbiyyatının tədrisi məsələsi idi. Bunun üçün Maarif Nazirliyinin xüsusi komissiyasının xətti ilə 1919-cu ildə “Türk əlifbası”, “Təzə elmi-hesab”, “İkinci il”, “Yeni məktəb”, “Ədəbiyyat dərs-ləri”, “Rəhbər cəbr dərslikləri” nəşr olundu. Dövrün dil mənzərəsi də olduqca diqqəti cəlb edir. 23 aylıq müddət ərzində kütləvi mariflənmə siyasəti, mətbu azadlıq bu müddət ərzində Azərbaycan dilinin müxtəlif istiqamətdə sürətli inkişafına səbəb oldu.
“Azərbaycan Xalq Cümhuriyyəti və dil, əlifba məsələləri” adlı məruzəsilə çıxış edən filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov bildirib ki, Dövlət dilini Azərbaycan (türk) dili elan edən ilk rəsmi sənəd çox böyük tarixi rol oynamaqla yanaşı, Azərbaycanda milli dil siyasətinin formalaşmasının, millətin mənafeyinə uyğun düzgün ideoloji mövqeyin əsasını qoydu. 1918-1920-ci illər dövrünü son 200 ildə Azərbaycan dilinin funksional inkişafında dönüş nöqtəsi hesab etmək olar. Belə ki, XX əsrin sonrakı onilliklərində bu sahədə baş verən proseslər 1918-1920-ci illərdə əsası qoyulmuş tendensiyaların xeyli dərəcədə inkişafı və dərinləşməsinin təzahürü idi.
Bildiriblər ki, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq, 1918-1920-ci illər Azərbaycan tarixinin xüsusi səhifəsini təşkil edir.

İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri dosent Təranə Şükürlü

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.