Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
15.05.2018

Görkəmli dilçi alim Qüdrət Cəfərovun 80 illik yubileyi qeyd olunub

14 mayda AMEA Nəsimi adına Dilçilik İnstitutunda Müasir Azərbaycan dili şöbəsinin baş elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Qüdrət Cəfərovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu alimin elmi yaradıcılığından, dilçiliyə verdiyi töhfələrdən danışıb. Bildirib ki, Q.Cəfərov III kurs tələbəsi olarkən rus eposu “İqor Polku dastanı”nı Azərbaycan dilinə tərcümə etmişdir. Tərcümə 1964-cü ildə akad. Məmməd Arif Dadaşzadənin redaktəsi ilə çapdan çıxmışdır”.

M.Nağısoylu alimin çoxcəhətli fəaliyyətindən bəhs edərək onun Moskvada aspiranturada təhsil aldığını, 1971-ci ildə “Azərbaycan dilində qohumluq terminləri” mövzusunda namizədlik dissertasiyası müdafiə etdiyini diqqətə çatdırıb.
Çıxış edənlər – elmi işlər üzrə direktor müavini B.Məhərrəmli, professorlar İ.Kazımov, S.Sadıqova, İ.Məmmədli görkəmli alim Q.Cəfərovun yaradıcılığından söz açıb, onunla bağlı ürək sözlərini deyiblər. Çıxışlarda vurğulanıb ki, səksən illik ömrünü böyük ləyaqətlə yaşamış Q.Cəfərovun həyat yolu onun həmkarlarının ehtiram göstərdiyi elm və vətəndaşlıq ünvanıdır.

İctimaiyyətlə əlaqələr şöbəsi

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.