Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
07.05.2018

Azərbaycan dilində ayamaların izahlı lüğəti

AMEA Nəsimi adına Dilçilik İnstitutu Müasir Azərbaycan dili şöbəsinin baş elmi işçisi professor Qara Məşədiyevin “Azərbaycan dilində ayamaların izahlı lüğəti” adlı kitabı çap olunub.
Kitabda müasir ədəbi dilimizdə işlənməyən, dialekt və şivələrdə isə tamamilə başqa məna ifadə edən sözlər öz əksini tapmışdır. Bu cür lüğətlər Azərbaycan dilinin dərin qatlarından xəbər tutmağa imkan yaradır. Belə əsərlər xalqın etnik mənsubiyyətini araşdırmaq, onun dilinin təşəkkülündə iştirak edən türk tayfalarının rolunu öyrənmək baxımından faydalıdır. Kitabda hər bir ayama- ləqəb haqqında qısa məlumat verilib. Məqsəd hər bir fərdlərə verilən ayamaların (ləqəblərin) semantikasını açmaq, onların struktur tiplərini göstərməklə geniş izahlı lüğətini tərtib etməkdirı.
Lüğətdən dilçilər, etnoqraflar, dil-ədəbiyyat müəllimləri, ali məktəblərin filologiya fakültəsinin bakalavr və magistrləri faydalana bilərlər.
Kitabın redaktorları professorlar N.Məmmədli, İ.Kazımov, rəyçilər dosentlər İ.Salahova və T.İsmayılovadır.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.