Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
Elmi şura
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Təhsil şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
04.05.2018

“Heydər Əliyev və Azərbaycan dili”

4 mayda AMEA Nəsimi adına Dilçilik İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü əlaqədar “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda konfrans keçirilib.
Konfransda Heydər Əliyevin zəngin, mənalı həyat və fəaliyyətini, dil siyasətini əks etdirən kitabların fotosərgisi təşkil olunub.
Tədbiri giriş sözü ilə açan Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu dilimizin inkişafı, qorunması və təbliği istiqamətində ölkəmizdə həyata keçirilən dövlət proqramları və layihələrdən söz açıb. Akademik bildirib ki, ölkəmizdə ana dilinin hərtərəfli inkişafında, onun saflığının qorunmasında, işlək dilə çevrilməsində və beynəlxalq münasibətlər sisteminə yol tapmasında ümummilli lider Heydər Əliyevin mühüm xidmətləri olub. Ulu Öndərin dil siyasəti onun dövlət quruculuğu siyasətinin üzvi tərkib hissəsi olub. Görkəmli dövlət xadimi ana dilinə - Azərbaycan xalqının milli dilinə daim böyük əhəmiyyət verib.


Akademik qeyd edib ki, məhz Heydər Əliyevin qətiyyətli və prinsipial mövqeyi nəticəsində keçmiş SSR-in 1978-ci ildə qəbul edilmiş yeni Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olunmuşdur. O zamankı reallıqda belə bir qərarın qəbulu xalqımız üçün kifayət qədər ciddi siyasi və milli mənəvi mahiyyət kəsb edirdi.
Azərbaycan dövlətinin dil siyasətindən söz açan M.Nağısoylu Prezident İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncamının əhəmiyyətini qeyd edib, ana dilimizin inkişafına, təbliğinə, tətbiqinə, beynəlxalq aləmdə nüfuzunun artmasına xüsusi önəm verildiyini diqqətə çatdırıb.


Sonra çıxış edən professor Sayalı Sadıqova bildirib ki, müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsində Ulu öndərin müstəsna xidmətləri var. 2001-ci ildə Ümummilli liderimizin imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman isə xüsusi tarixi əhəmiyyət daşıyan böyük siyasi hadisə idi. Məhz Ulu öndər Heydər Əliyevin yürütdüyü dil siyasətinin nəticəsində bütün dövlət və qeyri-hökumət təşkilatlarında, indiyə qədər Azərbaycan dilindən istifadə etməmiş qurumlarda dövlət dili, sözün həqiqi mənasında, bərqərar edildi. Eləcə də, latın qrafikasına keçid prosesi başa çatdırıldı.
Professor İsmayıl Məmmədli isə “Heydər Əliyevin dövlət dili siyasəti” adlı məruzəsində Azərbaycan dilinin həm ümumxalq dili, həm də dövlət dili kimi inkkişafında ümummilli lider Heydər Əliyevin xidmətlərindən bəhs edib.
Dosent Nağdəli Zamanov isə Heydər Əliyevin fenomenal siyasi natiqlik xidmətlərindən danışıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.