Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
02.04.2018

“Mənəvi yenilənmə və mədəni miras: keçmişdən gələcəyə Türk dili” adlı Beynəlxalq Forum

30 aprel 2018-ci ildə Beynəlxalq Türk Akademiyası UNESCO üzrə “Qorqud İrsi və Türk Dünyası” mövzusunda Beynəlxalq Forum keçirilib.
Forum “UNİESCO” nəzdində Beynəlxalq Türk Dili Günü” elan edilməsi haqqındakı təşəbbüsə dəstək məqsədilə həyata keçirilib.
Beynəlxalq Forumda 16 ölkədən alimlər, dilçilər, türk dillərinin daşıyıcısı olan xalqların nümayəndələri iştirak ediblər. Beynəlxalq Forum çərçivəsində görkəmli ictimai-siyasi xadim Ə.Topçubaşovun anadan olmasının 155 illik yubileyi də qeyd edilib.
AMEA Nəsimi adına Dilçilik İnstitutun direktoru akademik Möhsün Nağısoylu forumda iştirak edib. Forumda “Azərbaycan xalq cümhuriyyətində dil siyasəti”adlı məruzəsilə çıxış edən akademik M.Nağısoylu bildirib ki, müstəqil dövlətin mühüm atributlarından biri olan dövlət dili məsələsi yenicə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin diqqət mərkəzində olub. Akademik vurğulayıb ki, Cümhuriyyət Hökuməti 1918-ci il 27 iyun tarixli qərarı ilə o zaman türk dili adlanan Azərbaycan dilini dövlət dili elan edib. Həmin qərar Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycanın ikiyə bölünməsindən sonra ana dilinin dövlət dili kimi işlədilməsinə aid ilk sənəddir.
Səfər çərçivəsində ictimai-siyasi xadim Ə.Topçubaşov və C.Hacıbəylinin məzarları ziyarət olunub.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.