Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
25.04.2018

“Sələflər və xələflər: Vaqif Aslanov və türkologiyanın aktual problemləri”



AMEA Nəsimi adına Dilçilik İnstitutunda türkoloq-alim Vaqif Aslanovun 90 illik yubileyi münasibətilə “Sələflər və Xələflər: Vaqif Aslanov və Türkologiyanın aktual problemləri”adlı elmi-nəzəri konfrans keçirilib.
Tədbir Türk Dil Qurumunun fəxri üzvü, görkəmli türkoloq, leksikoloq, şərqşünas, tərcüməçi, professor Vaqif Aslanovun 90 illik yubileyinə həsr olunub.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli V.Aslanovun həyat və fəaliyyətindən bəhs ediblər. Qeyd olunub ki,. Azərbaycan türkologiyasının fəxri sayılan V.Aslanov 1972-ci ildə AMEA-nın Dilçilik İnstitutunda türk dilləri şöbəsinin ilk müdiri seçilib. Görkəmli alim Azərbaycan dilinin və klassiklərin dilinin araşdırılması yolunda zəhmət və biliyini əsirgəməyib.
Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu çıxışında bilidirib ki, V.Aslanov 1962-63-cü illərdə Moskvada Şərqşünaslıq İnstitutunda elmi işçi olub.Azərbaycan türkologiyasının fəxri sayılan Vaqif Aslanov 1972-ci ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Türk dilləri şöbəsinin ilk müdiri seçilib. Akademik vurğulayıb ki, V.Aslanovun 1973-cü ildə müdaifə etdiyi "Azərbaycan dilinin tarixi leksikologiyası" mövzusunda doktorluq dissertasiyasını görkəmli tükoloq A.Kononov Bakıda keçirilən ümumtürkoloji konfransda "Türkologiyada kəşf" adlandırmışdır.
Çıxış edən Milli Olimpiya Komitəsinin sədri Çingiz Hüsyenzadə isə V.Aslanovla bağlı xatirələrini diqqətə çatdırıb.
Professor R.Eyvazova " V.Aslanov və rekonstruksiya məsələləri" adlı məruzəsində bildirib ki, yazıyaqədərki dövrün öyrənilməsində, araşdırılmasında rekonstruksiya üsulunun və dialektlərin əhəmiyyəti böyükdür. Bu barədə V.Aslanovun yaradıcılığında geniş bəhs olunur. Unudulmaz müəllim, şərqşünas alim V.Aslanovun düşüncə və duyğuları, kövrək misralı şeirləri, Dədə Qorqud əzəməti ilə ölçülə biləcək qiymətli tərcümələri bizim üçün dəyərli, müqəddəs və əvəzsiz olduğunu diqqətə çatdırıb”.
Professor S.Mehdiyeva: "Vaqif Aslanov və yazıyaqədərki Azərbaycan dili tarixinin məsələləri" mövzusunda çıxışında vurğulayıb ki, onun elmi tədqiqatlarının biz davamçıları oxuduqca, bu böyük alimin təkrarsız enerjisini hiss edirik.
Fil.e.d. Kamilə Vəliyeva isə çıxışında V.Aslanovun elmi yaradıcılığının mühüm bir hissəsinin Azərbaycan dilinin vacib və maraqlı istiqamətli olan tədqiqatları təşkil etdiyini diqqətə çatdırıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.