Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
18.04.2018

TÜRK DÜNYASININ GÖRKƏMLİ TÜRKOLOQ, ŞƏRQŞÜNAS ALİMİ
prof. VAQİF ASLANOVUN ELMİ İRSİ

Dünya dilçiliyində sanballı əsərləri, beynəlxalq konfrans və simpoziumlarda: Rusiya, Türkiyə, Yaponiya, Almaniya, ABŞ, Avstriya, Şotlandiya, Gürcüstanda rus, türk, ingilis, alman dillərində böyük maraq doğuran çıxışları ilə tanınmış, məşhurlaşmış görkəmli türkoloq professor Vaqif Aslanovun elmi ictimaiyyətə bəlli olan onun sağlığında işıq üzü görən elmi irsi haqqında saysız-hesabsız dilçilərin fikirlərini təkrar etmək niyyətində deyiləm.
Burada ancaq onun dünyasını dəyişdikdən sonra külli-miqdarda qoyduğu zəngin əlyazmaları – elm aləminə böyük töfhə verən miraslarını üzə çıxaran yetirməsi – filologiya elmləri doktoru, sədaqətli davamçısı Məhəbbət Mirzəliyevanın fədakar əməyini vurğulamaq istəyirəm. Heç kəsdən köməyini əsirgəməyən Məhəbbət xanımın gərgin iş rejiminə baxmayaraq, tükənməz enerji ilə bütün varlığı ilə elmi ictimaiyyətə zəngin əlyazmaları çap etdirməklə unudulmaz müəllimi prof. V.Aslanovu əbədiləşdirməyə səy göstərmişdir.
Mərhum M.Mirzəliyeva “Həyat və yaradıcılığı haqqında bioqrafik kitabça”da (Bakı, 2014, s.7) müəllimini məhəbbətlə xatırlayaraq yazmışdır: “Vaqif Aslanov Azərbaycan dilinin bütün səviyyələri və bütün inkişaf mərhələləri ilə bağlı dərin və sanballı elmi araşdırmalar aparmağa qadir bənzərsiz tədqiqatçı idi. Onun Azərbaycan dilinin tarixi, tarixi fonetika və morfologiyası, tarixi leksikologiya və leksikoqrafiyası ilə bağlı çoxillik axtarışları nəticəsində meydana gələn saysız-hesabsız əsərləri bunu bir daha sübut edir. Təəssüf ki, Vaqif müəllimin dərin zəkası və aydın məntiqi təfəkkürünün, gərgin yaradıcılıq fəaliyyətinin bəhrəsi olan bu əsərlərin əksəriyyəti onun sağlığında işıq üzü görmədi. Özünə qarşı olduqca tələbkar olan və buna görə də neçə-neçə əsərlərinin – kitab, məqalə və tərcümələrinin çapını görməyən Vaqif müəllimin bu əsərlərini elmi ictimaiyyətimiz intizarla gözləyir...”
Azərbaycanın dilçi-türkoloqu Vaqif Aslanovu gələcək nəslə tanıtmaq istəyən onun layiqli davamçısı Məhəbbət xanım bu müqəddəs yolu seçmiş, bu yolda inamlı addımlar atmasında əməyi danılmaz olmuş və gərgin zəhmətinin bəhrəsi kimi elmi ictimaiyyətə 4 kitabı təqdim etmişdir. Üç cildlik “Azərbaycan dilinə dair tədqiqlər” kitabının 2002-ci ildə birinci, 2004-cü ildə ikinci, 2012-ci ildə isə üçüncü cildi çap olunmuşdur. Bundan başqa, Vaqif Aslanovun Aydın Ələkbərli ilə hələ 1976-cı ildə rus dilinə tərcümə etdiyi “Книга моего Деда Коркуда” əsərini də 2005-ci ildə nəşr etdirmişdir.
Sevimli müəlliminə dərin hörmət və ehtiram bəsləyən qədirbilən, fədakar, yorulmaz gözəl qələm sahibi Məhəbbət xanım Vaqif Aslanov haqqında yazmışdır: “Vaqif Aslanov ömrünün sonuna kimi Məhəmmədtağı Qaraqoyunlunun “Forhəngi-türki” lüğətinin mikrofilmini çap etdirmək arzusu ilə yaşadı. Vaqif müəllim buna nail olacağına inansa da tale ona yar olmadı. Bu arzusunu gerçəkləşdirmək onun ölümündən sonra bizə – Vaqif müəllimin tələbələrinə qismət oldu.
Bizə qüvvət verən, istəyimizə yol açan isə uca Tanrımız oldu. Məhz onun sayəsində xeyirxah insanların köməyi, maddi və mənəvi dəstəyi ilə bu gün biz Mahmud Kaşğari lüğətindən sonra türk dilləri sistemində ikinci yer tutan bu dəyərli dil abidəsini 2006-cı ildə kitab şəklində elmi ictimaiyyətə təqdim edə bildik” (Vaqif Aslanov. Həyat və yaradıcılığı haqqında biblioqrafik kitabça. Bakı, 2014, s.9).
Bundan əlavə, Vaqif Aslanovun yüz minlərlə səhifəlik əlyazmalarını toplayıb beş cildini Respublika Dövlət Arxivinə təhvil vermək üçün hazırlamış, hal-hazırda Məhəbbət xanımın böyük zəhmət tələb edən bu işini layiqli davamçısı – fililogiya üzrə fəlsəfə doktoru Şəkər Orucova öz üzərinə götürmüşdür. Uzun illər rəhbərlik etdiyi türk dillərinin istedadlı əməkdaşları Elnarə Ələkbərova, Qətibə Mahmudova, Təranə Şükürlü, Günel Mirzəyeva Məhəbbət xanımın örnək olası işini – Vaqif Aslanovun elmi irsinin təbliği və fəlsəfə elmləri doktoru, professor, əməkdar elm xadimi Zümrüd Quluzadənin təşəbbüsü ilə bəxş etdiyi zəngin şəxsi kitabxanasının qorunmasını layiqincə davam etdirməklə onu əbədiləşdirirlər.

KAMİLƏ VƏLİYEVA
fililogiya elmləri doktoru

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.