ELMİ ŞURANIN İCLASI KEÇİRİLİB

9 apreldə AMEA Nəsimi adına Dilçilik İnstitutunda Elmi Şuranın növbədənkənar iclası keçirilib. İclası giriş sözü ilə açan akademik Möhsün Nağısoylu gündəliklə şura üzvlərini tanış edib.
Öncə 2017-ci il üçün doktoranturaya (fəlsəfə doktorluğu hazırlığı üzrə) qəbulun yekunları şura üzvləri tərəfindən müzakirə olunub. Bildirilib ki, keçən il Dilçilik İnstitutuna Dil nəzəriyyəsi, Azərbaycan dili, Türk dilləri, Tətbiqi dilçilik ixtisası üzrə doktaranturaya 7 nəfər doktorant qəbul olub.
1. Salamova Zeynəb Seyfər qızı - Dil nəzəriyyəsi-5704.01
2. Həsənova Aytac Sadiq qızı - Dil nəzəriyyəsi-5704.01
3. Hüseynova Ülkər Elmar qızı- Azərbaycan dili-5706.01
4. Həsənova Könül Kamran qızı- Azərbaycan dili-5706.01
5. Hüseynova Elnurə Elçin qızı- Türk dilləri-5710.01
6. İmanova Aynur Vilayət qızı- Türk dilləri-5710.01
7. Ələkbərova Nərgiz Şakir qızı- Tətbiqi dilçilik- 5701.01
İclasda doktorantların dissertasiya mövzuları müzakirə edilib. Mövzular ətrafında fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.
Akademik elmi işlərin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün doktorantlara uğurlar arzulayıb.
Sonda cari məsələlərə baxılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi