Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
Elmi şura
İctimaiyyətlə əlaqələr şöbəsi
Qaynar xətt
Azərbaycan dilinin dialektologiyası şöbəsi
Təhsil şöbəsi
Elmi kitabxana
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
LİNKLƏR
 
 
 
   
 
SAYĞAC
 
free counters
30.03.2018

AMEA Naxçıvan Bölməsində „Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” nın təqdimatı olub

AMEA Naxçıvan Bölməsində Nəsimi adına Dilçilik İnstitutu ilə birgə „Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası”nın təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq dilimizin keçdiyi inkişaf mərhələlərinə nəzər salıb, ana dilimizin xalqımızın, müstəqil Azərbaycanın ən böyük milli sərvəti olduğunu bildirib.
Azərbaycan dilinin qorunması və saflığı uğrunda ölkəmizdə həyata keçirilən islahatlardan, xalqımızın çoxəsirlik qədim mədəniyyət ənənələrindən söz açan alim dilimizin dünya dilləri arasında layiqli yerini tutmasında ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən, Prezident İlham Əliyevin Azərbaycan dilinin geniş təbliği istiqamatində həyata keçirdiyi məqsədyönlü tədbirlərdən danışıb. Akademik bu sahədə imzalanan mühüm dövlət sənədlərini xatırladıb.
İsmayıl Hacıyev ictimaiyyətə təqdim olunan atlasın Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”na əsasən hazırlandığını bildirib. Qeyd edib ki, Azərbaycan dilinin müxtəlif dialekt və şivələrinin müasir dövrün tələblərinə uyğun olaraq öyrənilməsinin təmin edilməsi məqsədilə Dilçilik İnstitutunun əməkdaşları 2014-cü ildə Naxçıvana gələrək 151 yaşayış məntəqəsində olublar. Zəngin dialektoloji materiallar əsasında dilin bütün səviyyələrini əhatə edən 250 xəritədən ibarət yüksək elmi və poliqrafik keyfiyyətdə “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası” tərtib edilib.


Azərbaycan elminə göstərilən diqqət və qayğıdan söz açan müəssisənin sədri Dilçilik İnstitunun və Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun dilçi alimlərin son illərdə apardığı məhsuldar tədqiqatın uğurlu nəticəsi olan atlasın nəşrini yüksək qiymətləndirib, müəlliflərə elmi fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra AMEA-nın Nəsimi adına Dilçilik İnstitunun Azərbaycan dialektologiyası şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Kifayət İmamquliyeva çıxış edərək Azərbaycan dilinin ayrı-ayrı dialekt və şivələrinin tədqiqinin dialektoloji atlasın tərtibinə xidmət etdiyini bildirib. Natiq xüsusi olaraq vurğulayıb ki, fundamental nəşrin hazırlanmasında Naxçıvan Muxtar Respublikada yaradılan şəraitin, göstərilən diqqət və qayğının, dəstəyin də rolu böyük olub.
Qeyd olunub ki, Naxçıvan dialektolojiyasının ayrıca öyrənilməsi ilk növbədə strateji əhəmiyyət daşıyır. Torpağımıza göz dikən xain qonşularımızın saxtalaşdırmağa, özününküləşdirməyə cəhd etdikləri bölgədəki xalqının mənəvi sərvəti yeni nəşrdə elmi baxımından sübut edilib. Tədqiqatlarda bu torpağın ən qədim yerli əhalisi-aborigen sahibləri Azərbaycan türkləridir.
Bildirilib ki, atlasdan istifadə işini asanlaşdırmaq məqsədilə bölmələr üç rəngdə- (göy, qırmızı, yaşıl) verilib. Diqqətə çatdırılıb ki, göy–“Fonetika”, qırmızı–“Qrammatika”, yaşıl–“Leksika”dı ki, rənglər həm də rəmzi olaraq Azərbaycan Respublikasının dövlət bayrağını özündə əks etdirir. “Proqram” və xəritələrdə istifadə edilmiş şərti işarələrin açıqlanması da “Atlas”da öz əksini tapıb.


Şöbəsinin müdiri bildirib ki, Dialektoloji Atlas Qrupunun atlasla bağlı fəaliyyətini informatorlarla görüşlərini, eləcə də Naxçıvan Muxtar Respublikasının təbiəti və tarixi abidələrini, müasir və qədim memarlıq üslubunu, etnoqrafiya və kulinariyasını əks etdirən şəkillər Azərbaycanın üzvi tərkib hissəsi olan bu qədim diyar haqqında dolğun təəssürat yaradır. Dünya ictimaiyyətinə 4 dildə (Azərbaycan, türk, ingilis, rus) təqdim olunan atlasa əlavə olunmuş kompakt diskdə səsli elektron “Atlas”, həmçinin muxtar respublikasının müxtəlif yaşayış məntəqələrindən olan informatorların səsləri də verilib. Atlasda dialekt vahidlərinin yayılma coğrafiyası kodlar, riyazi işarələr vasitəsilə ifadə olunub. Kifayət İmamquliyeva hazırda Qarabağ dialektoloji atlasının hazırlanması istiqamətində işlərin görüldüyünü diqqətə çatdırıb.
Daha sonra Dilçilik İnstitunun direktoru, akademik Möhsün Nağısoylu və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev çıxış edərək “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası”nın dilimizin və tariximizin öyrənilməsi baxımından əhəmiyyətini vurğulayıblar.
Yeni nəşri dünyada dialektoloji atlasların yaradılması tarixində olduqca mühüm və əhəmiyyətli bir hadisə olduğunu bildirən natiqlər atlasın dörd dili əhatə etməsi onun istifadə dairəsini genişləndirməsinə və tədqiqatların beynəlxalq aləmə çıxmasına imkan yaratdığını bildiriblər.

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.