Azərbaycan Milli Elmlər Akademiyası

                          Nəsimi  adına
                        DİLÇİLİK   İNSTİTUTU



 


 
 
   
 
  RƏHBƏRLİK
   
Elmi katib
 
  HAQQIMIZDA
   
İnstitutun tarixi
Elmi şura
   
ŞÖBƏLƏR
   
Azərbaycan dilinin dialektologiyası şöbəsi
İctimaiyyətlə əlaqələr şöbəsi
Təhsil şöbəsi
 
 
DİGƏR
   
Qaynar xətt
Elmi kitabxana
Yeni nəşrlər
Elanlar
Gənc Alim və Mütəxəssislər Şurası
İnnovasiya
Konfranslar
Video
Mətbuat yazıları
Saytın xəritəsi
   
LİNKLƏR
   
 
 
 
   
 
SAYĞAC
 
free counters
05.03.2018

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutuna

Yeni orfoqrafiya qaydalarına dair bəzi qeydlər

 

Babayeva Çinarə E.Quliyev adına sağlamlıq imkanları məhdud 9 nömrəli xüsusi internat məktəbin müəllimi

Bagırlı Afaq Fərail qızı . Akademik Zərifə Əliyeva adına Cəlilabad şəhər 7nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Əliyeva Çiçək Həşim qızı Xətai rayonu 263 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Seydəhmədova Ülviyyə Bəxtiyar q. Oğuz şəhər 3 saylı məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi.

Səadət Ağayarova Bakı Humanitar Kollecinin müəllimi 

Şirinova Samirə Rəfail qızı Qax Rayon Ləkit kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Şəhriyar Məzahir oğlu Məcidov Lerik rayonu E.Şaliyev adına Bobla kənd ümumi orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Ağayev Namiq . Bakı. 326 nömrəli məktəb

Hüseynova Aytən .Salyan rayonu,Qızılağac kənd tam orta məktəbi

Şükürova Gülnarə Bakı şəhəri 166 nömrəli məktəb-lisey Azərbaycan dili və ədəbiyyat müəllimi

İlhamə Cabbarova 16 nömrəli Texniki-Humanitar lisey

Gülnar Həsənova Hədəf kursunun müəllimi

Bikə Allahverdiyeva Saatlı rayonu Varxankənd kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi.

Qənbərova Dürdanə Əli qızı. İmişli rayonu N.Əzizalıyev adına Ölcələr kənd tam orta məktəbi.

Dünya Mirzəyeva Quba rayon II Nügedi kənd 2 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi

Səmra Mustafayeva Qax rayon Marsan kənd tam orta məktəbin müəllimi

Abdullayeva Nabat Mirzəxan qızı Bakı şəhəri 169 saylı məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Yüzbaşeva Lalə Məmməd qızı Göyçay rayon S. Vurğun adına inteqrasiya təlimli internat tipli gimnaziyanın Azərbaycan dili və Ədəbiyyatı müəllimi

Təhminə Əsgərli İslam qızı S.Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziya

Nəbiyeva Ülviyyə. Quba rayon Qaracay kənd tam orta məktəbin müəllimi

Günel Məmmədova Neftçala şəhər humanitar təmayüllü " Muğan " liseyinin Azərbaycan dili və ədəbiyyat müəllimi 

Rüxsanə Ağayeva Zərdab rayon 2 saylı tam orta məktəbin müəllimi

Elnarə İbrahimova 224 saylı orta məktəbin Azərbaycan dili və Ədəbiyyatı fənni müəllimi

İsmayılova Aytən Goranboy rayonu Muzdurlar kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi

Baxşəlıyeva Mərziyyə Kəlbəcər rayon 14 nömrəli tam orta məktəb 

İsmayılova Fəridə. Lənkəran rayonu .Girdəni kənd tam orta məktəbi.

Zamanlı Günel. Sumqayıt ş., Lider hazırlıq kursu.

Abdullayeva Könül Ağdaş səhər M.Şeyxzadə adına THT təmayüllü gimnazuyanın müəllimi

Əhmədova Aybəniz Qubadlı rayonu Aşağı Mollu kənd orta məktəbin müəllimi

Şükürova Səidə Əbdülqədir qızı Ak.Z.Əliyeva adına Cəlilabad şəhər 7 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

G.B.Qənbərova. Saatlı rayonu, S.Vurğun adına şəhər 1 nömrəli tam orta məktəbinin dil-ədəbiyyat müəllimi

Səfərov Fəxrəddin Cəlilabad rayonu Aqşin Mehdiyev adına Dövlətəlibəyli kənd tam orta məktəbin ibtidai sinif müəlimi

Nuriyev Məmmədağa Əliağa oğlu, Yardımlı rayonu Mamulgan ümumi orta məktəbinin dil-ədəbiyyat müəllimi.

Bəşirova Nilufər. Salyan rayonu E. Ağayev adına Arbatan tam orta məktəb müəllimi

Allahverdiyeva Elnarə , Sumqayıt ş . 37 nömrəli məktəbin müəllimi.

Pərvanə Qədirova Bakı şəhəri , "Akademik" hazırlıq kursu

İmanova Səbinə Abdullah qızı R.Əliyev adına 3 saylı orta məktəb

Məmmədova Fidan . Masallı rayonu N. Aslanov adına Miyankü kənd tam orta məktəbinin müəllimi

Elnarə Qurbanzadə. Sumqayıt şəhəri 11 nömrəli məktəbin müəllimi

Gülnar Həsənova “Hədəf” kursları

Fidan Xasiyeva. Lənkəran şəhər 9saylı orta məktəbin müəllimi

Şahbazova Könül BDU-nun nəzdində “Gənc İstedadlar” liseyinin müəllimi

Babayeva Rəsmiyyə Hətəm qızı Binəqədi rayonu 83 saylı məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi

Ülviyyə Əliyeva Cəlilabad şəhər 8 saylı orta məktəbin müəllimi

Sakitə Qulamova. Masallı rayonu E. Ağayev adına Hişkədərə kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi

 

Adları qeyd olunan Azərbaycan dili və ədəbiyyat müəllimləri orfoqrafiya qaydalarını müzakirə etmiş və belə bir ümumi fikrə gəlmişlər. Son günlər gündəmdə olan, ictimaiyyətin fikrini məşğul edən, ajiotaj yaradan məsələrdən biri də, bəlkə də, birincisi orfoqrafiya qaydalarına nəzərdə tutulan dəyişikliklərdir. Çünki bu qaydalar sırf dilçilik məsələsi olsa da, cəmiyyətin bütün təbəqələri üçün önəmlidir. Müəllim də, şagird də, uşaq da, böyük də, savadlı da, savadsız da yazı prosesində bu qaydalara əsaslanır. Yəqin ki, elə buna görə budəfəki dəyişikliklər cəmiyyətin müzakirəsinə verilmiş, ümumi bir problem kimi ortaya qoyulmuşdur. Və bizcə, bunu alqışlamaq lazımdır. 69 bənddən ibarət olan layihədə bəndlərin əksəriyyəti uzun illər dilçilikdə sınaqdan keçmiş, cəmiyyət tərəfindən qəbul edilmiş, mənimsənilmiş, həzm olunmuş qaydalardır. Əsas mübahisə doğuran, ajiotaj yaradan isə bir neçə bənd üzrə nəzərdə tutulan dəyişikliklərdir. Bu baxımdan bəzi dəyişikliklərə münasibət bildirməyi özümüzə borc bildik.

  Ən çox mübahisə doğuran məsələ, fikrimizcə, -iyyət, -iyyə şəkilçili sözlərdə “y” samitinin birinin düşməsi ilə bağlıdır. Düşünürük ki, -iyyət, -iyyə şəkilçili sözlərin bir “y” ilə yazılması bir çox sahələrdə problem yaradacaq və bunun da əsas zərbəsi biz müəllimlərə dəyəcək. Ümumiyyətlə, orfoqrafiya məsələləri şagirdin ən çox “axsadığı” sahələrdəndir. Bugünkü informasiya bolluğunda mütaliənin azlığı şagirdlərdə orfoqrafik qaydaların mənimsədilməsində böyük problemlər yaradır. O ki qaldı ənənənin pozulmasına... Düşünüruk ki, bu tədris baxımından da bizi çətinliklər qarşısında qoyacaq. Çünki istifadə olunan bu qədər test topluları, lüğətlər, sinif testləri, didaktik materiallar, iş dəftərləri yararsız hala düşəcək. Bu da həm müəllim, həm valideynlər üçün artıq xərcdir. İnsan dəyişikliyə tez alışa bilmir. Ədəbiyyat, riyaziyyat yazan şagird üçün də bu dəyişikliyə alışmaq çox vaxt aparacaq.

Alğı-satqı sözündəki dəyişiklik, fikrimizcə, məqbuldur. Həm də bunu elmi baxımdan əsaslandırmaq da mümkündür. Onun köhnə lügətdə alqı-satqı kimi verilməsi, düşünürük ki, yanlışlıq idi. Güman edirik ki, biz ictimai həyatda, reklamlarda, radioda, televiziyada olan yanlışları orfoqrafiyaya yox, əksinə, orfoqrafiyadakı yenilikləri cəmiyyətin həyatına aşılamalıyıq. Bu baxımdan alğı-satqı sözündəki əvvəlki vəziyyətinə qayıtmanı məqbul hesab edirik.

Digər bəndlərdə olan sanatori, yoxsa sanatoriya, profilaktori, yoxsa profilaktoriya, metafor, yoxsa metafora, - vari, yoxsa - varı formasının olması elə böyük dəyişikliyə gətirib çıxarmır. Bunlar köhnə prinsiplə də, yeni prinsiplə də qəbul olunsa, fərq etməz.

Ümid edirik ki, qaydalar qəbul olunanda, az da olsa, bizim fikirlərimiz də nəzərə alınar. Öncədən minnətdarlığımızı bildiririk.

 

Azərbaycan dili və ədəbiyyat müəllimləri adından:

 

Könül Nurəddin qızı Şahbazova

BDU-nun nəzdində “Gənc İstedadlar” liseyinin

Azərbaycan dili və ədəbiyyatı müəllimi

SAYTDA AXTAR

© Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad edilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu. 2012-2018.